Tövbə Suresi, 40. Ayet: Əgər ona kömək etməsəniz, bilin ki, Allah ona kömək etmişdir. Kafirlər onu çölə çıxardıqları zaman o, iki nəfərdən ikincisi idi. İkisi mağarada olarkən o, dostuna dedi: “Narahat olma, şübhəsiz ki, Allah bizimlədir”. dedi. Bunun üzərinə Allah onlara əmin-amanlıq və əmin-amanlıq nazil etdi. Onu sizin görmədiyiniz qüvvələrlə dəstəklədi. O, kafirlərin sözünü alçaltdı. Allahın kəlamı ən ucadır. Şübhəsiz ki, Allah ucadır, ən yaxşı hakimdir....
Bəqərə Suresi, 258. Ayet: (Ya Rəsulum!) Allahın verdiyi hökmranlıq üzündən (azğınlaşaraq) İbrahim ilə Rəbbi barəsində mübahisə aparan şəxsi (Nəmrudu) görmədinmi? (Və ya əhvalatını bilmirsən?) İbrahim: “Mənim tanrım həm dirildir, həm də öldürür”, - dediyi zaman, o (Nəmrud): “Mən də həm dirildir, həm də öldürürəm”, - demişdi. İbrahim ona: “Allah Günəşi şərqdən doğdurur, bacarırsansa, sən onu qərbdən doğdur!” – dedikdə, o kafir donub qalmışdı. Həqiqətən, Allah (özünə) zülm edənləri düz yola yönəltməz!...
Loğman Suresi, 20. Ayet: (Ey İnsanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları; meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü? İnsanlar içərisində eləsi də vardır ki, nə bir elmi, nə bir doğru yol göstərən rəhbəri, nə də bir nurani (ilahi) kitabı olmadan Allah barəsində mübahisə edər....