Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
İbrahim Suresi, 21. Ayet:
Onların hamısı (axirətdə) Allahın hüzuruna çıxacaq və zəiflər təkəbbürlənənlərə deyəcəklər: “Biz sizə tabe olmuşduq. Bəs indi siz Allahın əzabından hər hansı bir şeyi bizdən dəf edə bilərsinizmi?” Onlar isə belə deyəcəklər: “Əgər Allah bizə doğru yolu göstərsəydi, biz də sizə doğru yolu
göstərərdik.
(İndi) ağlayıb-sızlasaq da, səbir etsək də, bizim üçün birdir. Bizim üçün heç bir sığınacaq yoxdur”....
Məhəmməd Suresi, 30. Ayet:
Əgər istəsəydik, onları, əlbəttə, sənə
göstərərdik.
Beləcə, sən də onları üzlərindən tanıyardın. Həqiqətən, sən onları danışıq tərzlərindən tanıyarsan. Allah sizin əməllərinizi bilir. (Rəvayətə görə, bu ayə nazil olduqdan sonra bütün münafiqlər Həzrət Peyğəmbərə bəlli olmuşdu. Münafiqlərin digər bir xüsusiyyəti də o idi ki, danışdıqları zaman üstüörtülü sözlərdən istifadə edərək müsəlmanları incidirdilər.)...
İbrahim Suresi, 21. Ayet:
(Qiyamət günü) hamı Allahın hüzurunda peyda olacaqdır. Zəiflər (iman gətirməyə) təkəbbür göstərənlərə (öz başçılarına) deyəcəklər: “Biz sizə tabe idik. İndi Allahın əzabını, azacıq da olsa, bizdən dəf edə bilərsinizmi?” Onlar belə cavab verəcəklər: “Əgər Allah bizə doğru yolu göstərsəydi, biz də sizə
göstərərdik.
İndi ağlayıb-sızlasaq da, səbr etsək də, fərq etməz (əzabdan xilas ola bilmərik). Bizim üçün heç bir sığınacaq (heç bir qurtuluş) yoxdur!...
Məhəmməd Suresi, 30. Ayet:
Əgər biz diləsəydik, onları sənə mütləq
göstərərdik.
O zaman sən onları simalarından şübhəsiz tanıyardın. Sən onları mütləq danışıq tərzlərindən də tanıyarsan. Allah sizin əməllərinizi bilir....
İbrahim Suresi, 21. Ayet:
(Axirət günü) hamı Allahın hüzuruna çıxarılacaq və zəiflər təkəbbürlük göstərənlərə deyəcəklər: “Biz sizə tabe idik. (İndi) siz, Allahın əzabını, qismən də olsa, bizdən sovuşdura bilərsinizmi?” Onlar deyəcəklər: “Əgər Allah bizi doğru yola yönəltsəydi, biz də sizə doğru yolu
göstərərdik.
(İndi) qəm çəksək də, səbr etsək də bizim üçün eynidir. (Çünki) bizim üçün qurtuluş yeri yoxdur”....
Səcdə Suresi, 13. Ayet:
«Və əgər istəsəydik, hər bir kəsə (möminə və kafirə) (onlar boyun əyənə qədər möcüzəni təkrar etməklə, iradədə-istəkdə məcburiyyət tətbiq etməklə) ona münasib doğru yol
göstərərdik.
Lakin Mənim sözüm (əzəldən) sabitdir və həyata keçəcəkdir, mütləq Cəhənnəmi (Mənim dəvətimi, dəlil-sübutumu tamamlandıqda da qəbul etməyən) cinlər və insanlarla dolduracağam!»...
İbrahim Suresi, 21. Ayet:
(Kafirlərin) hamısı Allahın hüzurunda duracaqlar və zəiflər təkəbbür göstərənlərə [öz başçılarına] deyəcəklər: "Biz sizin ardınızca getdik. (İndi) Allahın verəcəyi əzabı üzərimizdən azacıq da olsa götürə biləcəksinizmi?" Onlar isə deyərlər: "Əgər Allah bizə doğru bir yol göstərmiş olsaydı, biz də sizə düz yol
göstərərdik.
Bizim üçün birdir, dözə bilsək də, bilməsək də heç bir çıxış yolumuz yoxdur"....