Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Yunus Suresi, 98. Ayet:
Kaş (məhv etdiyimiz) hər hansı bir məmləkət (xalqı, özlərinə əzab gəlməzdən əvvəl) iman gətirəydi və imanları özlərinə fayda verəydi. Lakin Yunisin qövmü iman gətirdiyi zaman dünya həyatındakı rüsvayçılıq əzabını onlardan götürdük və onları bir müddətə qədər (dünya nemətlərindən) faydalandırdıq. (Yunis peyğəmbərin qövmü onu inkar etdikdən sonra o, buna qəzəblənərək onları tərk etmişdi. Qövmü isə onun xəbər verdiyi əzabın gələcəyini hiss etdiyi zaman etdiklərinə peşman olub əzabın gəlməməsi üçün ...
Ali-İmran Suresi, 37. Ayet:
Və Rəbbi onu (Məryəmi) gözəl şəkildə qəbul etdi. Onu gözəl bir fidan kimi böyütdü və Zəkəriyyaya tapşırdı. Zəkəriyya hər dəfə onun yanına məbədə girəndə, onun yanında bir ruzi görür və: “Ey Məryəm, bu sənə haradan oldu?” - deyirdi. O da: “Bu, Allah tərəfindəndir. Həqiqətən, Allah dilədiyi kimsəyə saysız-hesabsız ruzi verir!” - deyirdi. (Zəkəriyya peyğəmbər, Həzrət Məryəmin xalasının əri idi. O, Beyti-məqdisdə Məryəmin yetişməsini öz üzərinə
götürmüşdü.
Zəkəriyya peyğəmbər hər dəfə Məryəmin məbəd...