Maidə Suresi, 18. Ayet: Və yəhudilər, xristianlar, "Biz, Allahın oğullarıyıq və Onun sevimliləriyik" dedilər. De ki: "Madam ki, elədir, nə üçün günahlarınıza görə Allah sizə əzab verir?" Əksinə, siz, Onun əmələ gətirdikləri [arasından] bir bəşərsiniz. O, istədiyi adamı bağışlayar, istədiyinə də əzab verər. Göylərin, yerin və ikisinin arasında olan hər şeyin mülkiyyəti, ixtiyarı da Allahındır. Dönüş də yalnız Ona tərəfdır....
Əhzab Suresi, 72. Ayet: Şübhəsiz, Biz əmanəti [bütövlüyü, qüsursuzluğu, mükəmməlliyi] göylərin, yerin və dağların üzərinə sərdik, yaydıq, ancaq onlar onu daşımağı/gizləməyi, tanınmaz hala gətirməyi, gözdən salmağı qəbul etmədilər [öz üstlərinə götürmədillər], bütünlüyün, qüsursuzluğun, mükəmməlliyin götürülüb aparılmasından, tanınmaz hala gətirilməsindən qorxdular. Və onu insan daşıdı/gizlədi, tanınmaz hala gətirdi, gözdən saldı [ona xəyanət etdi]. Şübhəsiz ki, insan, çox səhv hərəkət edən; öz zərərinə olan əməli işləy...