Bəqərə Suresi, 104. Ayet: Ey iman gətirənlər! “Raina” deməyin (bu söz ərəb dilində “bizi qoru”, “bizdə gözün olsun”, “bizə bax”, “bizi gözlə”, “bizə qayğı və ehtiram göstər”, mənalarında işləndiyi halda, ibrani dilində yuxarıdakı mənalarla yanaşı, “bizə çobanlıq et”, “bizim çobanımız”; “ay səfeh” mənalarında da işlədilir. Yəhudilər həmin sözdən Peyğəmbərə qarşı bir istehza vasitəsi kimi istifadə edirdilər), “unzurna” söyləyin! (Allahın hökmünü) eşidin! Kafirləri şiddətli əzab gözləyir....
Hədid Suresi, 20. Ayet: Bilin ki, fani dünya həyatı, ancaq bir oyun, cazibədar bir əyləncə, bir bəzək, öz aranızda öyünmək, mal və övladları çoxaltmaq yarışıdır. -Elə bir yağış misali kimi ki, onun yetişdirdiyi bitki əkinçilərin xoşuna gəlir, sonra quruyar, bir də baxarsan ki, sapsarı olub, sonra da çör-çöpə dönüb.- Axirətdə isə şiddətli bir əzab; Allahdan bir bağışlama və bir razılıq gözləyir. Dünyadakı müvəqqəti həyat aldatma malından, [aldatma] vəsaitindən başqa bir şey deyil....