Əraf Suresi, 54. Ayet: Şübhəsiz ki, Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşə istiva edən, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyən, günəşi, ayı və ulduzları Öz əmrinə boyun əymiş bir halda yaradan Allahdır. Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır! (“İstiva” sözü lüğətdə “hökmranlığı altına almaq, yüksəlmək, ucalmaq” və s. mənalara gəlir. Mütəşabeh ayələrdən olan bu ayədəki istivanın tam olaraq nə mənaya gəldiyi barəsində fərqli fikirlər i...
Bəqərə Suresi, 259. Ayet: Yaxud (Ya Rəsulum! Damları çökmüş, divarları) uçulmuş bir kəndin yanından keçən kimsənin əhvalatını bilirsən? O kimsə: “Əcaba, Allah bu kəndi ölümündən sonra necə dirildəcək?” – demişdi. Belə olduqda, Allah onu yüz il ölü halında saxladı, sonra dirildərək ondan: “Nə qədər yatmısan?” – deyə soruşdu. O da: “Bir gün, bəlkə, bir gündən daha az” – deyə cavab verdi. Allah ona: “Bəlkə, yüz il yatmısan, yediyin yeməyə, içdiyin suya bax, hələ də xarab olmayıb. Bir də uzunqulağına bax! Səni insanlar üçün ...
Hud Suresi, 7. Ayet: O – Odur ki, səmaları və ərzi
altı gündə xəlq etdi. Onun ərşi su üzərində oldu, ondan ötrü ki,
sizi imtahan etməsi üçün, kim sizdən əməldə daha yaxşıdır.
Əgər desən ki: «Həqiqətən, siz qaldırılacaqsınız öləndən
sonra!», - o kəslər ki, kafirdirlər, deyəcəklər: «Bu, ancaq aşkar
sehrdir!»...
Hədid Suresi, 4. Ayet: Göyləri və yeri altı gündə (yaxud altı gecə-gündüzdə, yaxud altı mərhələdə) yaradan, sonra taxta (varlıq aləminin hökmranlıq və idarəçilik taxtına) hakim olan Odur. O, həm yerə girəni (suları, ölüləri, dəfinələri, kökləri və heyvanları), həm yerdən çıxanı (heyvanları, bitkiləri, bulaqları və mədənləri), həm göydən enəni (mələkləri, səma kitablarını, ilahi təqdirləri, planetlərin nurlarını, şimşək və yağışları), həm də göyə qalxanı (mələkləri, bəndələrin əməllərini, bəzi cinləri və insanların ruh...