Bəqərə Suresi, 253. Ayet: Bunlar elçilərdir ki, fəzilətli etdik onların bəzilərini
üzərində bəzisinin. Onlardan var kim ki, kəlmə kəsdi Allah
və yüksəltdi bəzilərinin dərəcəsini. Və əta etdik Isa Məryəm
oğluna aydın bəyanat və qüvvətləndirdik onu Müqəddəs
Ruhla. Əgər Allah istəsəydi, qətl etməzdilər o kəslər ki,
onlardan sonra var idilər, ondan sonra ki, onlara aydın bəyanat
gəldi. Lakin ixtilaf etdilər. Və onlardan var kim ki, inandı və
onlardan var kim ki, kafir oldu. Əgər Allah istəsəydi, onlar
qətl etməzdilər...
Əraf Suresi, 73. Ayet: And olsun ki, Biz, Səmuda da qardaşları Salehi elçi olaraq göndərdik. O dedi ki: "Ey qövmüm! Allaha bəndəlik edin, sizin üçün Ondan başqa bir məbud yoxdur. Sizə Rəbbinizdən açıq-aşkar bir sübut gəldi. Bax bu, Allahın dəvəsi/sosial yardım və köməkləşmə prinsipi, sizin üçün bir ayədir; qoyun o, Allaha məxsus yer üzündə yerin, aman, ona pislik etməyin, yoxsa sizi üzücü bir əzab yaxalayacaqdır. ...
Həşr Suresi, 2. Ayet: Allah, Kitab əhlindən Allahın məbud və rəbb olduğuna inanmayan kəsləri, ilk toplanış üçün öz yurdlarından çıxarandır. Siz, onların çıxacaqlarını güman etmirdiniz. Onlar da, şübhəsiz, inanırdılar ki, qalaları onları Allahdan mütləq qoruyacaq, ancaq Allahın əzabı, onlara gözləmədiklər yerdən gəldi. Və Allah, onların qəlblərinə, evlərinin həm öz əlləriylə, həm də möminlərin əlləriylə uçurulub dağıdılacağı qorxusunu saldı. Ey ağıl sahibləri! Artıq ibrət alın!...