İsra Suresi, 101. Ayet: Biz Musaya doqquz aşkar möcüzə (əsa, günəş kimi parlayan yədi-beyza, çəyirtkə və digər həşərat, qurbağa, qan, qıtlıq, daşların arasından fəvvarə verib çıxan su, dənizin yarılması və Tur dağının qaldırılıb İsrail oğullarının başları üstündə saxlanılması) verdik. İsrail oğullarından soruş: (Musa) onların yanına gəldikdə, Firon ona: “Ya Musa! Mənə elə gəlir ki, sən ovsunlanmışsan (ağlın başında deyildir)”, - demişdi....
Bəqərə Suresi, 209. Ayet: Buna baxmayaraq, əgər siz açıq-aşkar dəlillər gəldikdən sonra yenə azsanız, bilin ki, həqiqətən Allah, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan/möhkəm edəndir....
Əraf Suresi, 143. Ayet: Musa, təyin etdiyimiz vaxtda gəldikdə, Rəbbi ona söz dedi. Musa, "Ey Rəbbim! Göstər mənə Özünü, baxım Sənə!" dedi. Rəbbi ona dedi ki: "Məni sən əsla görə bilməzsən, lakin bu dağa bax, əgər o yerində qala bilsə, sən də Məni görəcəksən." Daha sonra Rəbbi dağa təcəlli etdikdə, onu parça-parça etdi, Musa da huşunu itirerek yerə sərildi. Ayılıb özünə gəldikdə: "Sən pak və uzaqsan, Sənə qayıtdım; tövbə etdim və mən, iman gətirənlərin birincisiyəm." dedi....