Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Əraf Suresi, 163. Ayet:
Onlardan dəniz kənarındakı qəsəbə (xalqı) haqqında soruş! O zaman onlar şənbə günü həddi aşırdılar. Çünki şənbə günü balıqlar dəstə-dəstə onlara tərəf gəlir, şənbə günündən başqa günlər isə
gəlmirdilər.
Günah işlədiklərinə görə onları bu şəkildə imtahana çəkirdik. (Allah-Təala İsrail oğullarına şənbə günü ov etməyi qadağan etmiş və bu günə hörmət göstərmələrini istəmişdi. Bunun nəticəsində balıqlar o gün su üzünə çıxır və sərbəst şəkildə üzürdülər. Digər günlərdə isə balıqlar su üzünə çıxmırdı....
Əraf Suresi, 163. Ayet:
Onlardan dəniz sahilində yerləşən kənd barəsində xəbər al! O vaxt onlar şənbə günü (üçün qoyulmuş qadağanı) pozurdular. Şənbə günü onların balıqları üzə çıxaraq onların yanına axışır, şənbədən başqa günlərdə isə onlara tərəf
gəlmirdilər.
Günah etdiklərinə görə Biz onları beləcə sınayırdıq....
Əraf Suresi, 163. Ayet:
Onlardan o dənizə yaxın kənd haqqında sual et. Onda ki, həddi aşdılar altıda. Onda ki, altıncı gün balıqlar aşkar olaraq suyun üzünə gəlirdilər və altıncı gündən başqa isə
gəlmirdilər.
Beləcə onları imtahan edirdik nə ilə ki, oldular fasiqlər....
Əraf Suresi, 163. Ayet:
Və onlardan dəniz sahilində yerləşən cəmiyyətin (Mədyən əhalisinin və ya Fələstinin Təbəriyyə dənizinin kənarındakı Əylə şəhərinin əhalisinin) halını soruş: o zaman onlar şənbə günü həddi (balıq ovunun həmin gün haram olması hökmünü) aşırdılar; o zaman onların balıqları şənbə günündə aşkar surətdə suyun üzünə çıxır, şənbə olmayan gündə isə
gəlmirdilər.
Biz onları itaətsizliklərinin müqabilində belə imtahan edirdik....
Əraf Suresi, 163. Ayet:
(Ey Muhamməd!) Onlardan dəniz sahilində yerləşən şəhər əhalisinin halını soruş. Bir zaman onlar şənbə (qadağası) barəsində həddi aşırdılar. Çünki tətil etdikləri şənbə günü balıqlar onlara sürü-sürü gəlir, tətil etmədikləri (digər) günlərdə isə
gəlmirdilər.
Yoldan çıxmaları səbəbi ilə onları məhz belə imtahan edirdik....
Əraf Suresi, 163. Ayet:
Sən onlardan dəniz sahilindəki kənd barəsində soruş. O zaman şənbə günü onlar həddi aşmışdılar. Şənbə günləri balıqları suyun üzərində dəstələrlə gəlirdilər, şənbədən başqa günlərdə isə onların yanına
gəlmirdilər.
Biz onları etdikləri azğınlığa görə beləcə sınayırdıq!...