Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Rəd Suresi, 31. Ayet:
Əgər Quranla dağlar yeridilsəydi, yaxud yer parçalansaydı və ya ölülər danışdırılsaydı, (onlar yenə də iman
gətirməzdilər).
Xeyr, bütün işlər Allaha aiddir. İman gətirənlər hələ də bilmədilərmi ki, əgər Allah diləsəydi, bütün insanları hidayətə yönəldərdi?! Allahın vədi gələnə qədər etdikləri əməllərə görə kafirlərə bəla üz verməyə davam edəcək, yaxud (o bəla) evlərinin yaxınlığına enəcəkdir. Şübhəsiz ki, Allah əsla vədindən dönməz!...
Rəd Suresi, 31. Ayet:
Əgər Quranla dağlar hərəkətə gətirilsə, yaxud yer parçalansa və ya ölülər danışsaydılar (onlar yenə də iman
gətirməzdilər).
(Və ya əgər aləmdə bir kitab olsaydı və onun səbəbi ilə dağlar yerindən qopardılıb hərəkətə gətirilsə, yaxud yer parçalansa və ya ölülər dirilib danışsaydılar, o kitab mütləq bu Quran olardı). Bütün işlər yalnız Allahın ixtiyarındadır. Məgər iman gətirənlərə bəlli olmadımı ki, əgər Allah diləsəydi, bütün insanları hidayətə (doğru yola) yönəldərdi? (Və ya möminlər kafirlərin...
Rəd Suresi, 31. Ayet:
Əgər Quranla dağlar hərəkətə gətirilsəydi, yaxud yer parça-parça kəsilsəydi və onunla ölülər dilə gətirilsəydilər belə (kafirlər yenə də iman
gətirməzdilər).
Lakin bütün işlər Allaha məxsusdur. Məgər iman gətirənlər bilmirlər ki, əgər Allah istəsəydi, bütün insanlara düz yol göstərərdi? Törətdikləri əməllərə görə kafirlərin başına müsibət gələcək, yaxud da o [müsibət] onların yurdlarının lap yanına düşəcəkdir ki, Allahın vədi yerinə yetsin. Axı Allah vədə xilaf deyildir....