Tövbə Suresi, 91. Ayet: Allah və Peyğəmbəri üçün (insanlara) öyüd-nəsihət verəcəkləri təqdirdə, acizlərə, xəstələrə, (döyüşə minik, yaxud silah almaq üçün) xərcləməyə bir şey tapa bilməyənlərə (döyüşə getməməkdə) heç bir günah yoxdur. Yaxşı işlər görənlərə heç bir qınaq yoxdur. Allah bağışlayandır, rəhm edəndir. (Xəstə, aciz və kasıb olan müsəlmanlar döyüşə getməyib evlərində qaldıqları təqdirdə, fitnə çıxarmaz, döyüşə gedənlərin ailələrinə yardım edər və digər gözəl işlər görərlərsə, onlar üçün hər hansı bir günah yox...
Həcc Suresi, 40. Ayet: O kəslər ki, haqsız yerə, ancaq “Rəbbimiz Allahdır” - dediklərinə görə yurdlarından (Məkkədən) çıxarıldılar. Əgər Allah insanların bir qismini digər qismi ilə (müşrikləri möminlərlə) dəf etməsəydi, sözsüz ki, içərisində Allahın adı çox zikr olunan soməələr (rahiblərin yaşadığı monastırlar), kilsələr, məbədlər (yəhudi məbədləri) və məscidlər dağılıb gedərdi (darmadağın edilərdi). Allah Ona (öz dininə) yardım edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən, Allah yenilməz qüvvət, qüdrət sahibidir!...
Yunus Suresi, 12. Ayet: Onda ki,
insana zərər toxundu, o halda ki, bir yanı üstə uzanıb, ya
oturub, ya ayaq üstə durub Bizi çağırar. Amma elə ki, Biz şəfa
etdik ondan zərərini, elə gedər ki, sanki Bizi o zərərdən ötrü ki,
ona toxunmuşdu, çağırmayıb. Belə zinətləndi israfkarlar üçün
etdikləri əməllər!...
Hədid Suresi, 20. Ayet: Bilin ki, dünya həyatı sadəcə bir oyun, bir əyləncə, bir süs, aranızda qarşılıqlı bir öyünmə, çox mal və övlad sahibi olmaq yarışından ibarətdir. (Nəhayət, hamısı yox olub gedər.) Eynilə belə: Bir yağmur ki, bitirdiyi bitki əkinçilərin xoşuna gələr, sonra qurumağa başlayar, sən onu saralmış görərsən. Sonra da çör-çöp olar. Axirətdə isə (dünyadakı əmələ görə ya) şiddətli bir əzab və (ya) Allahın məğfirət və rizası var. Dünya həyatı aldadıcı mənfəətdən başqa bir şey deyil....