Tövbə Suresi, 91. Ayet: Allah və Peyğəmbəri üçün (insanlara) öyüd-nəsihət verəcəkləri təqdirdə, acizlərə, xəstələrə, (döyüşə minik, yaxud silah almaq üçün) xərcləməyə bir şey tapa bilməyənlərə (döyüşə getməməkdə) heç bir günah yoxdur. Yaxşı işlər görənlərə heç bir qınaq yoxdur. Allah bağışlayandır, rəhm edəndir. (Xəstə, aciz və kasıb olan müsəlmanlar döyüşə getməyib evlərində qaldıqları təqdirdə, fitnə çıxarmaz, döyüşə gedənlərin ailələrinə yardım edər və digər gözəl işlər görərlərsə, onlar üçün hər hansı bir günah yox...
Əraf Suresi, 157. Ayet: onlara yaxşı işlər görməyi əmr edən və pis əməlləri qadağan edən, təmzi və xoş şeylərə icazə verən, napak, murdar və çirkli şeylərə icazə verməyən, bellərindən ağır yükləri, üstlərindən bağları və zəncirləri götürən, yanlarındakı Tövratda və İncildə yazılmış olduğunu görəcəkləri şəhərli/Məkkəli Peyğəmbərə, o elçiyə tabe olan kəslərə yazacağam. Elə isə, Ona iman gətirən, Ona möhkəm ehtiram göstərən, Ona yardımçı olan və Onunla birgə nazil olan nurun ardınca gedənlər ki var, bax onlar, nicat tapan...