Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Kəhf Suresi, 31. Ayet:
Onlar üçün (ağacları) altından çaylar axan Ədn cənnətləri vardır. Onlar orada taxtlar üzərində əyləşərək qızıldan bilərziklərlə bəzənəcək, nazik və qalın ipəkdən yaşıl paltarlar
geyəcəklər.
O nə gözəl mükafat və nə yaxşı məkandır!...
Kəhf Suresi, 31. Ayet:
Onları (ağacları) altından çaylar axan Ədn cənnətləri gözləyir. Onlar orada taxtlara söykənərək qızıl bilərziklərlə bəzənəcək (altun qolbaqlar taxacaq), nazik və qalın ipəkdən (taftadan və qumaşdan) yaşıl paltarlar
geyəcəklər.
O, nə gözəl mükafat, o (Cənnət) necə də gözəl məkandır!...
İnsan Suresi, 21. Ayet:
Onlar əyinlərinə taftadan və atlazdan yaşıl paltarlar
geyəcəklər.
Onların (qoluna) gümüş bilərziklər bağlanacaq. Onların Rəbbi onlara tərtəmiz şərab içirdəcəkdir....
Kəhf Suresi, 31. Ayet:
Bax onlar üçün altından çaylar axan Ədn cənnətləri vardır. Onlar, orada taxtlarına söykənmiş olaraq, qızıl bilərziklərlə bəzənəcəklər, incə və qalın ipəkdən yaşıl libaslar
geyəcəklər.
O, nə gözəl əvəzdir! Və qalmaq üçün nə gözəl məkandır!...