Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Hicr Suresi, 98. Ayet:
Buna görə də
həmd-səna
ilə Rəbbini təsbeh et (Allahın şəninə təriflər deyib Ona şükür et) və səcdə edənlərdən ol!...
Qələm Suresi, 28. Ayet:
Onların ən yaxşısı belə dedi: “Sizə deməmişdimmi ki, (Rəbbinizi)
həmd-səna
ilə təsbeh etməlisiniz?!”...
Rəd Suresi, 13. Ayet:
Göy gurultusu Onu
həmd-səna
ilə, mələklər isə titrəmələri ilə təsbih edər. O, ildırım göndərir və onunla istədiyini vurar. Lakin onlar Allah barəsində mübahisə edirlər. O, qarşısıalınmaz bir qüdrətə malikdir....
Hicr Suresi, 98. Ayet:
Rəbbini
həmd-səna
ilə təriflə və səcdə edənlərdən ol!...
İsra Suresi, 44. Ayet:
Yeddi göy, yer və onlarda olan hər şey Onu təriflər. Elə bir şey yoxdur ki, Onu
həmd-səna
ilə tərifləməsin. Lakin sən onların təsbihini başa düşə bilməzsən. Həqiqətən, O, çox səbirlidir, çox bağışlayandır....
İsra Suresi, 52. Ayet:
“Onun sizi çağıracağı gün siz Ona
həmd-səna
deyərək çağırışa cavab verəcək və dünyada az bir müddət qaldığınızı zənn edəcəksiniz”....
Taha Suresi, 130. Ayet:
Odur ki, deyilənlərə səbirli olun! Günəş doğmadan əvvəl, batmazdan əvvəl, gecənin bir hissəsində və gündüzün bir hissəsində Rəbbini
həmd-səna
ilə təriflə. İnşallah, bu yolla Onun razılığını qazanarsınız....
Zümər Suresi, 75. Ayet:
Sən mələklərin Ərşi əhatə edib Rəbbinə
həmd-səna
dediklərini görəcəksən. İndi onların arasında ədalətlə hökm verildi. “Həmd olsun aləmlərin Rəbbinə”. Bu adlanır....
Mömin Suresi, 7. Ayet:
Ərşi daşıyanlar və onun ətrafında olanlar Rəbbini
həmd-səna
ilə tərifləyirlər. Onlar da Ona iman gətirdilər. Onlar iman gətirənlər üçün bağışlanma diləyirlər: "Ey Rəbbimiz! Sən hər şeyi mərhəmət və elmlə əhatə etmisən. Tövbə edib Sənin düz yoluna tabe olanları bağışla. Onları cəhənnəm əzabından qoru!"...
Mömin Suresi, 55. Ayet:
Buna görə səbirli olun. Şübhəsiz ki, Allahın vədi haqdır. Günahlarınız üçün bağışlanma diləyin. Səhər-axşam Rəbbinə
həmd-səna
de!...
Tur Suresi, 48. Ayet:
Səbirlə Rəbbinin hökmünü gözlə. Gözümüzün qabağındasan. Hər dəfə qalxanda Rəbbini
həmd-səna
ilə təriflə....
Nəsr Suresi, 3. Ayet:
Sonra Rəbbini
həmd-səna
ilə təriflə. Və Ondan bağışlanma dilə. Şübhəsiz ki, O, tövbələri qəbul edəndir....
Furqan Suresi, 58. Ayet:
(Ya Rəsulum!) Ölməz, həmişə diri olana (Allaha) bel bağla və Onu
həmd-səna
ilə təqdis et (və ya Onun nemətlərinə şükür edərək namaz qıl). (Allahın) Öz bəndələrinin günahlarından xəbərdar olması (onları layiqincə cəzalandırmağa) kifayət edər....
Loğman Suresi, 25. Ayet:
(Ya Rəsulum!) Həqiqətən, əgər sən (müşriklərdən): “Göyləri və yeri kim yaratmışdır?” – deyə soruşsan, onlar mütləq: “Allah!” – deyə cavab verəcəklər. De: “Həmd olsun Allaha!” Lakin onların əksəriyyəti (
həmd-səna
nın kimə məxsus olduğunu) bilməz!...
Səcdə Suresi, 15. Ayet:
Bizim ayələrimizə ancaq ayələrimizlə öyüd-nəsihət olunduqları zaman səcdəyə qapananlar və təkəbbür göstərməyərək Rəbbini
həmd-səna
ilə təqdis edənlər iman gətirərlər....
Fatir Suresi, 10. Ayet:
Hər kəs (dünyada) izzət-qüdrət (şərəf-şan) istəsə, (bilsin ki, dünyada da, axirətdə də) bütün izzət-qüdrət (şərəf-şan) ancaq Allaha məxsusdur. (Buna yalnız Allaha itaət və ibadət etməklə nail olmaq mümkündür). Pak söz (tövhid kəlməsi, zikr,
həmd-səna
) Ona tərəf yüksələr və pak sözü də (Allah dərgahına) yaxşı əməl qaldırar. (Allah pak sözü eşidəndir, saleh əməli də qəbul edər). Pis əməllər edənləri şiddətli bir əzab gözləyir. Onların qurduqları hiylələr boşa çıxar....
Zümər Suresi, 75. Ayet:
(Ya Peyğəmbər!) Mələkləri də ərşi (hər tərəfdən) əhatə edərək Rəbbini
həmd-səna
ilə təqdis edən görəcəksən. Onların (bütün məxluqatın) arasında ədalətlə hökm olunacaq (möminlər Cənnətə, kafirlər Cəhənnəmə gedəcək) və (mələklərlə möminlər tərəfindən bir ağızdan): “Aləmlərin Rəbbi olan Allaha həmd olsun!” – deyiləcəkdir!...
Mömin Suresi, 7. Ayet:
Ərşi daşıyanlar və onun ətrafında olanlar (mələklər) öz Rəbbini
həmd-səna
ilə təqdis edir, Ona (qəlbən) inanır və möminlərin bağışlanmasını diləyərək belə deyirlər: “Ey Rəbbimiz! Sənin rəhmin və elmin hər şeyi ehtiva etmişdir. Artıq tövbə edib Sənin yolunla gedənləri bağışla, onları cəhənnəm əzabından qoru!...
Mömin Suresi, 55. Ayet:
(Ya Peyğəmbər! Allahın əmrinə, müşriklərin əziyyətinə) səbr et. Allahın (sənə və möminlərə verdiyi zəfər) vədi haqdır. (Ümmətinin sənin özünə aid etdiyin) günahının bağışlanmasını dilə. Axşam-səhər Rəbbini
həmd-səna
ilə təqdis et! (Daim Allahı zikr et və ya gündə beş vaxt namaz qıl!)...
Şura Suresi, 5. Ayet:
Göylər (Allahın əzəmətindən, heybətindən) az qala bir-birinin üstündən çatlayıb dağılsın. Mələklər də Rəbbini
həmd-səna
ilə təqdis edər və yerdəkilərin (günahlarının) bağışlanmasını diləyərlər. Bilin ki, Allah, həqiqətən, bağışlayandır, rəhm edəndir!...
Tur Suresi, 48. Ayet:
(Ya Peyğəmbər!) Sən öz Rəbinin hökmünə səbr et! Şübhəsiz ki, sən Bizim gözümüzün qabağındasan (himayəmiz altındasan). (Namaza) qalxdıqda Rəbbini
həmd-səna
ilə zikr et!...
Təğabun Suresi, 1. Ayet:
Göylərdə və yerdə nə varsa, (hamısı) Allahı təqdis edib şəninə təriflər deyər. Hökm Onundur,
həmd-səna
da Ona məxsusdur. O, hər şeyə qadirdir!...
Qəsəs Suresi, 70. Ayet:
Odur Allah. Ondan başqa heç bir tanrı yoxdur. Dünyada da, axirətdə də
həmd-səna
Ona məxsusdur. Hökm Onundur. Siz Onun hüzuruna qaytarılacaqsınız!...
Qələm Suresi, 28. Ayet:
Onların ən ağıllısı (və insaflısı) dedi: “Məgər mən sizə (Allahı)
həmd-səna
ilə təqdis etməli olduğunuzu demədimmi?!”...
Nəsr Suresi, 3. Ayet:
Rəbbini
həmd-səna
ilə təqdis et (Onu bütün naqis sifətlərdən uzaq tutub pak bil, “Sübhanəkə Allahümmə və bihəmdikə” kəlməsini de) və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!...
Haqqə Suresi, 52. Ayet:
Elə isə (ya Peyğəmbər!) sən ulu olan Rəbbinin adını təsbih (müqəddəs tutub
həmd-səna
ilə zikr) et!...
Bəqərə Suresi, 30. Ayet:
Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir canişin bərqərar edəcəyəm!”– dedikdə, onlar: “Biz Səni
həmd-səna
ilə təriflədiyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada fəsad törədib qan salacaq bir kəsmi yerləşdirəcəksən?”– söylədilər. O dedi: “Şübhəsiz ki, Mən sizin bilmədiklərinizi bilirəm!”...
Hicr Suresi, 98. Ayet:
Sən
həmd-səna
ilə Rəbbini təriflə və səcdə edənlərdən ol!...
Nur Suresi, 41. Ayet:
Məgər göylərdə və yerdə olanların, həm də qanad açıb uçan quşların Allaha təriflər dediklərini görmürsənmi? Hər biri öz duasını və
həmd-səna
sını bilir. Allah onların nə etdiklərini bilir....
Furqan Suresi, 58. Ayet:
Ölməz, (əbədi) Yaşayana təvəkkül et və Onu
həmd-səna
ilə təriflə. Onun Öz qullarının günahlarından agah olması kifayətdir....
Səcdə Suresi, 15. Ayet:
Ayələrimizə ancaq o kəslər iman gətirirlər ki, ayələrimiz onlara xatırlanarkən təkəbbür göstərmədən səcdəyə qapanır, Rəbbinə
həmd-səna
ilə təriflər deyirlər....
Taha Suresi, 130. Ayet:
Onların dediklərinə səbr et. Günəş doğmamışdan və batmamışdan əvvəl Rəbbini
həmd-səna
ilə təriflə, gecənin bəzi saatlarında və gündüzün iki başında Ona təriflər de ki, bəlkə razı qalasan....
Furqan Suresi, 58. Ayet:
Heç vaxt ölməyən O diriyə təvəkkül et və Onu
həmd-səna
ilə birgə pak sifətlərlə mədh et (və hər bir nöqsandan uzaq və pak bil). Bəndələrinin günahlarından Onun xəbərdar olması kifayətdir....
Rum Suresi, 18. Ayet:
Göylərdə və yerdə (ixtiyari və qeyri-ixtiyari)
həmd-səna
Ona məxsusdur. (Günün bütün vaxtlarında
həmd-səna
Ona məxsusdur, xüsusi ilə) əsr zamanı (əsr namazını qılmaqla) və zöhr zamanı (günorta namazını qılmaqla)....
Mömin Suresi, 65. Ayet:
(Zatən) diri (və əzəli və əbədi olan) Odur. Ondan başqa bir məbud yoxdur. Buna görə də etiqadı (şirkdən), itaəti (riyadan) və dini (bidətdən) saflaşdırıb Onu çağırın. Bütün
həmd-səna
lar(ın əsası və zatı) aləmlərin Rəbbinə məxsusdur....
Casiyə Suresi, 36. Ayet:
Buna görə də
həmd-səna
göylərin Rəbbi, yerin Rəbbi və aləmdəkilərin Rəbbi olan Allaha məxsusdur....
Qaf Suresi, 39. Ayet:
Buna görə də onların (peyğəmbərliyin inkarı, rübubiyyətdə şirk və qiyamətin təkzib edilməsi barəsində) dediklərinə səbr et və günəş çıxandan qabaq və onun batmasından öncə öz Rəbbini
həmd-səna
ilə birlikdə pak sifətlərlə mədh et (hər bir eyb və nöqsandan pak bil, yəni sübh, zöhr və əsr namazlarını qıl)....
Tur Suresi, 48. Ayet:
Rəbbinin hökmün(ün yerinə yetirilməsinə və onun insanlara yetirilməsin)ə səbr et. Çünki sən Bizim gözümüz önündəsən (səni qoruyur və himayə edirik). (Günortaya yaxın işdən) qalxan zaman
həmd-səna
ilə birlikdə Rəbbini pak sifətlərlə mədh et (zöhr və əsr namazlarını qıl)....
Mümtahinə Suresi, 6. Ayet:
Əlbəttə, sizin üçün – Allaha və axirət gününə ümid bəsləyənlərə –onlar(ın rəftarın)da gözəl bir örnək vardır və kim üz çevirsə (özünə zərər vurmuşdur). Çünki Allah heç nəyə möhtac deyil. Onun sifətləri öyülmüş,
həmd-səna
edən və
həmd-səna
olunandır....
Təğabun Suresi, 1. Ayet:
(Yer və göylər bir də) göylərdə və yerdə nə varsa hamısı Allahı (dil və hal ilə) zikr edir (onu hər hansı bir nöqsandan və eyibdən pak bilir), nüfuzlu əmr və (bütün varlıq aləmi üzərində) hökmranlıq Ona məxsusdur,
həmd-səna
yalnız Ona layiqdir. (Hər bir sitayiş Ona qayıdır və həqiqi
həmd-səna
nı yalnız O Özü edə bilər.) O, hər şeyə (mütləq surətdə) qadirdir!...
Təğabun Suresi, 6. Ayet:
O (əzab) buna görədir ki, daim peyğəmbərləri (tovhid və öz peyğəmbərlikləri barədə) onlara aydın dəlillər gətirirdilər, onlar(sa) deyirdilər: «Məgər (özümüzdən olan) bəşərmi bizi doğru yola yönəldəcək?!» Beləliklə, kafir oldular və üz çevirdilər. Allah (onları məhv edərək iman və itaətlərinə) ehtiyacı olmadığını izhar etdi. Allah (zatən heç bir şeyə) möhtac deyil və sifətləri həmd olunmuş,
həmd-səna
edən və sitayiş olunandır....
Nəsr Suresi, 3. Ayet:
Rəbbinə
həmd-səna
etməklə bərabər Onu zikr et, etiqad və əməldə Onu pak və nöqsansız bil. Ondan bağışlanmaq dilə. O, həqiqətən, daim nəzər yetirən və tövbələri qəbul edəndir....