Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Nəml Suresi, 88. Ayet:
Sən dağları görüb onların sabit durduğunu zənn edərsən. Halbuki, onlar buludların keçdiyi kimi keçərlər. Bu, hər şeyi mükəmməl edən Allahın sənətidir. Həqiqətən, O, sizin etdiklərinizdən xəbərdardır. (Bəzi təfsirçilərə görə, bu ayə dünyanın hərəkət etdiyinə işarə edir. Yəni, ayədəki “dağların buludlar kimi keçməsi” ifadəsi yer kürəsinin
hərəkətdə
olduğuna dəlalət edir.)...
İbrahim Suresi, 33. Ayet:
O, nizamlı
hərəkətdə
olan Günəşi və Ayı sizin ixtiyarınıza verdi. Gecəni və gündüzü sənin xidmətinə qoydu....
Rəd Suresi, 2. Ayet:
Allah göyləri sizin görə bilmədiyiniz sütunlarla ucaldan, sonra isə (aləmin hökmranlıq) taxt(ın)a hakim olan və günəşi və ayı (Özünə) ram edəndir. Onların hər biri (özünün düz və dairəvi hərəkət yolunda) müəyyən bir müddətədək
hərəkətdə
dir. (Allah varlıq aləminin) işi(ni) idarə edir, (Qur’anda, aləmlərdə və nəfslərdə olan) nişanələri müfəssəl bəyan edir ki, bəlkə siz (bu aləmdən sonra) Rəbbinizlə görüşəcəyinizə yəqinlik tapasınız....
İbrahim Suresi, 33. Ayet:
Həmçinin (yaradılış məcburiyyəti ilə) daim (
hərəkətdə
, nur saçmaqda və yerə təsir göstərməkdə) olan günəşi və ayı sizə ram etdi. Və (yerin hərəkətini günəşlə tənzim etməklə) gecə ilə gündüzü də sizə ram etdi....
Furqan Suresi, 45. Ayet:
Məgər Rəbbinin (səhərlər və axşamlar) kölgəni (bütün cismlərin kölgələrini) necə uzatdığını (Onun bu qüdrətini) görmədin? Əgər istəsəydi (yeri
hərəkətdə
n saxlamaqla) onu dayandırardı. Sonra biz günəşi ona (kölgənin varlığına və ya hərəkətinə) dəlil etmişik....
Loğman Suresi, 29. Ayet:
Məgər Allahın (müəyyən fəsillərdə) gecəni(n bir hissəsini tədriclə) gündüzə və (başqa fəsillərdə) gündüzü(n bir hissəsini tədriclə) gecəyə daxil etdiyini, günəşi və ayı ram etdiyini görmürsənmi? Onların hər biri (Allhın əzəli elmində təyin olunduğu kimi) müəyyən bir müddətədək (öz düz və dairəvi hərəkəti ilə)
hərəkətdə
dir. Allah etdiklərinizdən xəbərdardır!...
Yasin Suresi, 38. Ayet:
Günəş də özü üçün müəyyən olunmuş qərargahına yetişmək üçün daim
hərəkətdə
dir. (Planetlər sistemində onun seyr etməsinin) bu təqdir(i) və ölçü(sü) yenilməz qüvvət sahibi və (hər şeyi) bilən (Allah)dandır....
Zümər Suresi, 5. Ayet:
Göyləri və yeri haqq olaraq (və uca və ağılın qəbul etdiyi məqsəd üçün) yaratmışdır. Həmişə gecəni (fəsil, gün, iqlim və bölgələrə münasib şəkildə tədricən) gündüzə və gündüzü gecəyə bürüyür. Günəş və ayı (öz iradəsi altında bəndələrinin xeyrinə) ram etmişdir. Onların hər biri (özünün düz və ya dairəvi seyrində) müəyyən müddətədək (Qiaymətin qopacağı günə kimi)
hərəkətdə
dir. Bil ki, yenilməz qüdrət sahibi və çox bağışlayan Odur!...
Zariyat Suresi, 3. Ayet:
(and olsun) asanlıqla üzən gəmilərə, yüngül əsən yellərə və sakit
hərəkətdə
olan ulduzlara....
Rəhman Suresi, 5. Ayet:
Günəş və ay müəyyən hesab ilə (günəş sabit düz hərəkətlə, ay isə yerin ətrafına dövr etmək və günəşin ətrafına fırlanmaq vasitəsi ilə)
hərəkətdə
dirlər....
Loğman Suresi, 29. Ayet:
Allahın gecəni gündüzə, gündüzü də gecəyə qatdığını, hər biri müəyyən edilmiş vaxta qədər
hərəkətdə
olan günəşi və ayı xidmətinizə verdiyini və Allahın tutduğunuz əməllərdən xəbərdar olduğunu görmürsünüz?...
Fatir Suresi, 13. Ayet:
O, tədricən gecəni gündüzlə və gündüzü gecəylə silib əvəz edir. O, günəşi və ayı (Öz əmrinə) tabe etmişdir. Hər biri müəyyən olunmuş vaxta [qiyamətə] qədər
hərəkətdə
olacaqdır. Bunları edən Allah sizin Rəbbinizdir. Mülk Onundur. Ondan başqasına ibadət etdikləriniz isə xurma çərdəyinin pərdəsinə belə sahib deyildirlər....