Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Maidə Suresi, 32. Ayet:
Buna görə də İsrail oğullarına belə yazdıq (hökm verdik): “Kim bir cana qıymamış, yaxud yer üzündə fitnə-fəsad törətməmiş bir kimsəni öldürərsə, bütün insanları öldürmüş kimi olar. Kim də onu dirildərsə (ölümdən xilas edərsə), bütün insanları diriltmiş (xilas etmiş) kimi olar. Elçilərimiz onlara açıq-aydın dəlillər (möcüzələr) gətirmişdilər. Ancaq onlardan bir çoxu bundan sonra da yer üzündə həddi aşmaqdadır. (Həqiqətən də, tarix boyu İsrail oğulları dünyada müharibələr, çevrilişlər, müxtəlif cü...
Rəd Suresi, 39. Ayet:
Allah («məhv və isbat» lövhəsində yazılmış, olacaq
hadisələrdə
n) istədiyini məhv və (bəzi hadisələri orada) dərc edir və Ümmül-kitab (Lövhi-Məhfuz və şeylərin sabit cəhətlərinin yazıldığı yer) Onun yanındadır....
Nəhl Suresi, 112. Ayet:
Allah (itaətsizlik və nemətə nankorluğun aqibəti barəsində düşməndən və pis
hadisələrdə
n) amanda və xatircəm olan, ruziləri hər tərəfdən bol-bol gələn cəmiyyəti məsəl çəkib. Belə olan halda onlar Allahın nemətlərinə nankorluq etdilər, Allah da etdiklərinin cəzası olaraq onlara aclıq və qorxu libası geyindirdi və onlara onun tamını dadızdırdı....
Taha Suresi, 124. Ayet:
Məni yad etməkdən üz döndərən kəs üçün isə (qeyb aləmindən qırıldığı, nəfsi qane olmadığı, gözü doymadığı, arxalandığı dayaqlar süst olduğu və
hadisələrdə
n qorxduğu üçün, var-dövləti çox olsa belə) mütləq sıxıntılı həyat olacaqdır və Qiyamət günü onu Məhşərə kor gətirərik....
Taha Suresi, 128. Ayet:
Məgər onlardan (Məkkə müşriklərindən) qabaq onların indi məskənlərində gəzdikləri çoxlu dəstələri məhv etməyimiz (Məkkə əhalisinin Yəməndəki Ad, Şamdakı Səmud və Əykə, Fələstindəki Lut qövmünün məskənlərində gəzib onların məhv edilmələrini görmələri) onlar üçün hidayət mənbəyi olmur?! Həqiqətən bunda (bu
hadisələrdə
) ağıl sahibləri üçün (Allahın tovhid, qüdrət və qəzəbini göstərən) nişanələr vardır....
Loğman Suresi, 17. Ayet:
«Ey mənim əziz oğlum, namaz qıl və yaxşı işləri (əql və şəriət nöqteyi-nəzərindən bəyənilən işləri görməyi) əmr et və pis işlərdən (hər hansı pis və bəyənilməz işi) qadağan et. (İnsanlar və Xaliq qarşısında olan vəzifələrinə əməl edərkən baş verəcək çətin
hadisələrdə
n) sənə yetişənə döz ki, bunlar vacib əmrlərdən və mühüm işlərdəndir»....
Tariq Suresi, 4. Ayet:
(Bütün bunlara and olsun) elə bir kəs yoxdur ki, onun (və əməllərinin) üzərində (əqidə və əməllərini səhifələrdə yazmaqla onu dünyada
hadisələrdə
n saxlayan və Bərzəxdə və Qiyamətdə – əbədi mənzilin sərhədinə yetişənəcən onu qoruyan bir şəxsdən, ya bir dəstədən ibarət olan) bir gözətçi olmasın!...
Bəqərə Suresi, 178. Ayet:
Ey iman etmiş kəslər! Ölümlü
hadisələrdə
qisas; tərəflər arasında ədalətli əvəzçıxma sizə vacib oldu. Azad şəxs əvəzində azad şəxs, qul əvəzində qul, qadın əvəzində qadın... Ancaq hər kəs, ölənin qardaşı tərəfindən hər hansı bir şey müqabilində bağışlansa, o zaman adətə əməl etməli, ona yaxşılıqla ödəməlidir. Bu, Rəbbiniz tərəfindən bir yüngülləşdirmə və bir mərhəmətdir. Artıq kim həddi aşsa, ağrılı əzab onu gözləyir....