Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Ənam Suresi, 31. Ayet:
Allahın hüzuruna çıxmağı yalan sayanlar həqiqətən, ziyana uğramışlar. Qiyamət qəflətən onlara gəlib çatdığı zaman (günah) yüklərini bellərində daşıyaraq: “Oradakı (dünyadakı) təqsirlərimizə görə vay
halımıza!”
– deyəcəklər. Diqqət edin, daşıdıqları (günahlar) necə də pisdir!...
Ənam Suresi, 31. Ayet:
Allahın hüzurunda duracaqlarını inkar edən kimsələr, həqiqətən, ziyana uğramışlar. Belə ki, saat (qiyamət vaxtı) qəflətən başlarının üstünü aldığı zaman onlar günahlarını dallarında daşıyaraq deyəcəklər: “Dünyadakı təqsirlərimizə görə vay
halımıza!”
Bir baxın, daşıdıqları şey (günah yükü) necə də pisdir!...
Ənam Suresi, 31. Ayet:
Allah ilə qarşılaşmağı yalan sayanlar artıq ziyana uğramışlar. O Saat onları qəflətən haqladıqda onlar öz (günah) yüklərini bellərində daşıyaraq deyəcəklər: “Dünyada buraxdığımız əməllərə görə vay
halımıza!”
Onların daşıdıqları (şey) necə də pisdir!...
Ənam Suresi, 31. Ayet:
Allahın hüzuruna çıxmağı yalan sayanlar, həqiqətən, ziyana uğramışdır. Nəhayət, onlara qəflətən o saat (qiyamət) yetişdiyi zaman bütün günahlarını bellərinə yüklənərək: “Dünyada etdiyimiz qüsurlara görə vay
halımıza!”
– deyəcəklər. Diqqət edin, yükləndikləri günah yükü nə pisdir!...