Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Maidə Suresi, 100. Ayet:
De: “Pisin (haramın) çoxluğu xoşuna gəlsə belə pis və yaxşı (haram və
halal)
eyni ola bilməz. Ey ağıl sahibləri, Allahdan qorxun ki, bəlkə nicat tapasınız!”...
Əraf Suresi, 32. Ayet:
(Ya Peyğəmbərim!) De: “Allahın Öz bəndələri üçün yaratdığı zinəti və təmiz (
halal)
ruziləri kim haram buyurmuşdur?” De: “Bunlar dünyaya iman gətirənlər üçündür (lakin kafirlər də onlardan istifadə edə bilərlər), qiyamət günündə (axirətdə) isə yalnız möminlərə məxsusdur”. Biz ayələrimizi anlayıb-bilən bir tayfaya belə ətraflı izah edirik....
Yunus Suresi, 93. Ayet:
İsrail oğullarına (Misirdə və Şamda) çox gözəl bir yerdə təmiz (
halal)
ruzi verdik. Onlar özlərinə bir elm (Quran) gələnə qədər ixtilafda olmadılar. (Yəhudilər Tövratda Muhəmməd peyğəmbər haqqında oxumuşdular, onun əlamətlərini bilir və gələcəyinə inanırdılar. Lakin Quran nazil olduqda həsədləri üzündən əksəriyyəti onun peyğəmbərliyini inkar etdi). Qiyamət günü (Ya Rəsulum!) Rəbbin ixtilafda olduqları məsələlər barəsində aralarında hökm verəcəkdir!...
Hud Suresi, 88. Ayet:
(Şüeyb onlara) belə cavab verdi: “Ey qövmüm! Bir deyin görək! Əgər mən Rəbbimdən aşkar bir möcüzə ilə gəlsəm və Rəbbim mənə Öz dərgahından gözəl (
halal)
bir ruzi versə (mən ona haram qatarammı)? (Və ya mən öz Rəbbimə asi ola bilərəmmi?) Mən sizə yasaq buyurduğum şeyin əksinə gedib onu özüm etmək istəmirəm. Mən yalnız bacardığım qədər sizi islah etmək istəyirəm. Mənim (bu işdə) müvəffəqiyyətim yalnız Allahın köməyilədir. Mən yalnız Ona təvəkkül etdim və məhz Onun hüzuruna dönəcəyəm!...
Maidə Suresi, 100. Ayet:
(Ya Rəsulum!) De: “(Ey insan!) Murdar (haram) şeyin çoxluğu xoşuna gəlsə belə, murdarla təmiz (haramla
halal)
bir ola bilməz”. Ey ağıl sahibləri, Allahdan qorxun ki, nicat tapasınız....
Nisa Suresi, 160. Ayet:
Yəhudilər zülm etdiklərinə və bir çoxlarını Allahın yolundan döndərdiklərinə görə (əvvəlcə) özlərinə halal edilmiş gözəl (təmiz,
halal)
nemətləri onlara haram etdik....
Nəhl Suresi, 72. Ayet:
Allah sizin üçün özünüzdən (Adəm və Həvvadan, yaxud öz cinsinizdən) zövcələr yaratdı, zövcələrinizdən də sizin üçün oğullar, nəvələr əmələ gətirdi, pak (
halal)
nemətlərindən sizə ruzi verdi. Belə olduqda, onlar (müşriklər) batilə inanıb Allahın nemətini inkarmı edirlər?...
Möminun Suresi, 51. Ayet:
(Müxtəlif zamanlarda ayrı-ayrı ümmətlərə göndərdiyimiz peyğəmbərlərə belə buyurduq: ) “Ey peyğəmbərlər! Təmiz (
halal)
nemətlərdən yeyin və yaxşı işlər görün! (Vacib və könüllü ibadətləri həm zahirən, həm də gizli, həmişə yerinə yetirin!) Mən, həqiqətən, sizin nə etdiklərinizi bilirəm!...
Şura Suresi, 21. Ayet:
Yoxsa (müşriklərin) Allahın dində izin vermədiyi bir şeyi onlar üçün qanuni (
halal)
edən şərikləri vardır. Əgər (cəzanın qiyamətə saxlanılması barədə) qəti söz (vəd) olmasaydı, aralarında hökm artıq icra edilmiş olardı (hamısı elə dünyada ikən əzaba düçar edilərdi). Şübhəsiz ki, zalımları şiddətli bir əzab gözləyir!...
Əhzab Suresi, 38. Ayet:
Allahın Peyğəmbərə vacib (
halal)
buyurduğu bir şeydə (Zeynəblə evlənməkdə) ona heç bir günah yoxdur. Daha öncə gəlib-getmiş (Davud, Süleyman və başqaları kimi) peyğəmbərlər barəsində də Allahın qayda-qanunu (sünnəsi) belədir. Allahın əmri əzəli hökmdür! (O, mütləq yerinə yetməlidir!)...
Ənam Suresi, 140. Ayet:
llimsizlik yüzünden çocuklarını beyinsizce öldürenlerle Allahın kendilerine ihsan etdiği (halâl) rızkı, Allaha iftira ederek, haram sayanlar muhakkak ki maddî ve ma'nevî en büyük zarara uğramışdır. Onlar şübhesiz ki sapmışlardır ve (ondan sonra) doğru yolu da bulamamışlardır. ...
Əraf Suresi, 32. Ayet:
De ki: ‘Allahın qulları üçün çıxartdığı zinəti və ruzidən təmiz (
halal)
olanı kim haram etdi. O, dünya həyatında amənu olanlar üçündür. Qiyamət günündə də, xüsusilə amənu olanlara aiddir.’ Beləcə bilən bir qövm üçün ayələri ayrı-ayrı açıqlayırıq....
Yunus Suresi, 93. Ayet:
And olsun ki, İsrail oğullarını gözəl bir yerdə yerləşdirdik. Onlara teyyib (təmiz,
halal)
ruzilərdən verdik. Bundan sonra onlara elm gələnə qədər ixtilafa düşmədilər. Şübhəsiz ki, sənin Rəbbin qiyamət günü haqqında ixtilafa (anlaşılmazlığa) düşmüş olduqları şeydə onların aralarında hökm verər....
Nəhl Suresi, 97. Ayet:
Mömin olan qadın və kişidən kim saleh əməl (nəfsi islahedici əməl) işlərsə, o təqdirdə ona mütləq teyyib (təmiz,
halal)
bir həyat yaşadarıq. Onları mütləq etmiş olduqları əməllərin müqabilində daha əhsəni ilə mükafatlandıracağıq....
Nisa Suresi, 3. Ayet:
Yetim qızlara qarşı ədalətli olmayacağınızdan qorxursunuzsa, onda xoşunuza gələn (
halal)
qadınlardan ikisi, üçü və dördü ilə evlənin. Əgər (o qadınlarla) ədalətlə dolanmayacağınızdan qorxursunuzsa, onda (onlardan) biri ilə və yaxud sahib olduğunuz cariyələrlə (kifayətlənin). Bu, haqsızlıq etməməyə daha yaxındır....