Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Fatir Suresi, 5. Ayet:
Ey insanlar, Allahın vədi
haqdır!
Ona görə də dünya həyatı sizi aldatmasın, aldadıcı (şeytan) da sizi Allahla (Allahın mərhəmətinə arxayın edərək) yoldan çıxartmasın!...
Əhqaf Suresi, 17. Ayet:
(Özünü Allaha, axirət gününə iman gətirməyə dəvət edən) ata-anasına: “Tfu sizə! Məndən əvvəl neçə-neçə nəsillər gəlib-getdiyi (öləndən sonra dirilmədiyi) halda, siz mənə (qiyamət günü dirildilib qəbirdən) çıxarılacağımımı vəd edirsiniz?! – deyən kimsəyə, (valideynləri) Allahdan mədəd diləyərək: “Vay halına! (Ay yazıq) inan, Allahın vədi
haqdır!
” – deyərlər. O isə: “Bu (dedikləriniz) qədimlərin əfsanələrindən (yalan sözlərdən) başqa bir şey deyildir!” – deyə cavab verər....
Kəhf Suresi, 98. Ayet:
O (Zülqərneyn) dedi: “Bu (sədd) Rəbbimdən bəxş edilən bir mərhəmətdir. Rəbbimin təyin etdiyi vaxt (qiyamətə yaxın Yəcuc–Məcüc tayfalarının dünyanı bürüyəcəyi zaman) gəldikdə isə (Allah) onu yerlə yeksan (dümdüz) edəcəkdir. Rəbbimin vədi
haqdır!
” (Allahın buyurduğu hər bir şey, o cümlədən İsgəndərin səddinin dağılması, Yəcuc–Məcuc tayfalarının yer üzünün hər tərəfinə səpələnməsi, orada fitnə-fəsad törətməsi, nəhayət bir cür həşərat tərəfindən məhv edilməsi mütləq baş verəcəkdir)....
Ənam Suresi, 30. Ayet:
Sən onları (sorğu-sual üçün) Rəbbinin hüzurunda saxlandıqları zaman görəydin! Allah onlara (mələklər vasitəsilə) belə buyuracaq: “Bu, (öləndən sonra dirilmək, sorğu-sual) haqq deyilmi? Onlar: ”Bəli, Rəbbimizə and olsun (ki, bu,
haqdır!
)” – deyə cavab verəcəklər. (Allah) buyuracaq: “Elə isə etdiyiniz küfrlərə görə dadın əzabı!”....
Bəqərə Suresi, 149. Ayet:
Hara (səfərə) çıxsan, (namaz qıldıqda) üzünü Məscidulharama tərəf çevir! Çünki bu, sənin Rəbbindən (gələn)
haqdır!
Allah sizin etdiklərinizdən xəbərsiz deyildir....
Əhqaf Suresi, 17. Ayet:
(Kimisi də) ata-anasına: “Tfu sizə! Məndən əvvəl neçə-neçə nəsillər gəlib-getdiyi halda, siz məni (qəbirdən) çıxarılacağımlamı hədələyirsiniz?”– deyər. Onlar Allahdan yardım diləyərək: “Vay sənin halına! İman gətir, Allahın vədi
haqdır!
”– deyərlər. O isə: “Bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyildir!”– deyər....
Əhqaf Suresi, 17. Ayet:
Və o kəs ki, dedi öz valideynlərinə: «Uf sizə! Ə, mənə vəd verirsiniz ki, mən xaric olacağam? Əlbəttə, məndən qabaq nə qədər qərinələr getdilər!» Onlar Allahdan kömək istəyirlər: «Vay olsun sənə! Inan, həqiqətən, Allahın vədi
haqdır!
» Və deyir: «Bu, ancaq əvvəlkilərin əsatiridir!»...
Ənam Suresi, 73. Ayet:
Göyləri və yeri haqq olaraq (ali və ağılın qəbul etdiyi bir məqsəd üçün) yaradan Odur. «Ol» deyəcəyi gün (və varlıq aləminin bir hissəsini və ya hamısını yaxud onun yox olmasını, yaxud da Qiyamətin bərpa olmasını istəsə) dərhal olar. Onun sözü
haqdır!
Sur çalınacağı gün (hər bir şeyin mütləq) malikiyyət və hakimiyyəti Ona məxsusdur. (O) gizlini və aşkarı biləndir və Odur hikmətli və xəbərdar!...
Əhqaf Suresi, 17. Ayet:
Eləsi də vardır ki, öz valideyninə deyəc "Tfu sizə! Doğrudanmı, siz mənim (qəbrdən) çıxarılacağımı vəd edirsiniz? Məndən əvvəl neçə-neçə nəsillər gəlib-gedib." Onlar [valideynlər] isə Allahdan kömək istərlər: "Vay sənin halına! İnan, axı Allahın vədi
haqdır!
" O deyər: "Bu, əvvəlkilərin əfsanələrindən başqa bir şey deyildir."...