Nisa Suresi, 148. Ayet: Haqsızlığa məruz qalan istisna olmaqla, Allah pis sözün ucadan söylənməsini sevməz. Allah hər şeyi eşidəndir, biləndir. (Pis söz deyildikdə, birinin qeybətini qırmaq, söz daşımaq, yalan, iftira və s. başa düşülməlidir. İnsan bunları ürəyindən keçirsə belə, açıqdan söyləməsi günahdır. Ancaq haqsızlığa məruz qalan kimsə, haqsızlığın ortadan qalxması üçün bunu başqalarına danışarsa, bu qeybət və ya pis söz sayılmaz.)...
Bəqərə Suresi, 129. Ayet: Rəbbimiz! Bir də, onlara öz içlərindən bir peyğəmbər göndər ki onlara Sənin ayələrini oxusun, onlara kitabı [öyrətsin] və haqsızlığın, fitnə-fəsadın və qarmaqarışıqlığın qarşısını almaq üçün qoyulmuş qanun, prinsip və qaydaları öyrətsin, onları təmizləsin. Heç şübhəsiz ki, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olan, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan; möhkəm edən məhz Sənsən."...