Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Bəqərə Suresi, 173. Ayet:
O sizə ölmüş
heyvanı,
qanı, donuz ətini və Allahdan başqasının adı ilə kəsilən heyvanın ətini qəti haram etmişdir. Lakin kim çarəsiz qalarsa, zorla mənimsəmədən və həddi aşmadan bunlardan yeməsində ona heç bir günah yoxdur. Şübhəsiz ki, Allah bağışlayandır, mərhəmətlidir....
Nəhl Suresi, 115. Ayet:
Şübhəsiz ki, Allah sizə ölü
heyvanı,
qanı, donuz ətini və Allahdan başqası adına kəsilən heyvanı haram etmişdir. Ancaq kim məcbur qalarsa, (başqasının hüququna) təcavüz etmədən və həddi aşmadan bunlardan yeyə bilər. Çünki Allah bağışlayandır, rəhmlidir....
Bəqərə Suresi, 173. Ayet:
O (Allah) sizə ölmüş
heyvanı,
(axar) qanı, donuz ətini və Allahdan başqasının adı ilə (bütlərin və s. adı ilə) kəsilənləri (yeməyi) qəti haram etmişdir. Lakin naəlac qaldıqda (başqasının malını) zorla mənimsəmədən və həddi aşmadan (zəruri ehtiyacı ödəyənə qədər) bunlardan yeməyə məcbur olan kimsənin heç bir günahı yoxdur. Allah bağışlayandır, mərhəmətlidir!...
Nəhl Suresi, 115. Ayet:
Allah sizə ancaq ölü
heyvanı,
qanı, donuz ətini və Allahın adı çəkilmədən (bismillah deyilmədən) kəsilmiş heyvanı haram buyurmuşdur. (Özgənin malına əl uzatmamaq şərtilə) başqa bir şey tapa bilməyib zəruri ehtiyacını ödəyəcək qədər bunlardan yeməyə məcbur olan şəxsə (günah yazılmaz). Çünki Allah (bəndələrini) bağışlayandır, rəhm edəndir!...
Bəqərə Suresi, 173. Ayet:
O sizə ölü
heyvanı,
qanı, donuz ətini və Allahdan başqası üçün kəsiləni haram etmişdir. Hər kəs (harama) meyl etmədən və həddi aşmadan (bunlardan yeməyə) məcbur olarsa, bu ona günah hesab edilməz. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir....
Nəhl Suresi, 115. Ayet:
O sizə ancaq ölü
heyvanı,
qanı, donuz ətini və Allahdan başqası üçün kəsilən heyvanı haram etmişdir. Hər kəs (harama) meyl etmədən və həddi aşmadan (bunlardan yeməyə) məcbur olarsa, (ona )(günah gəlməz). Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir!...
Bəqərə Suresi, 173. Ayet:
Həqiqətən (Allah) sizə ölmüş
heyvanı,
qanı, donuz ətini və (kəsilərkən başı üzərində) Allahdan başqasının adı çəkilmiş heyvanı haram etmişdir. Amma əslində ona meyli olmadan (Allahın hökmünə qarşı çıxmaq niyyəti olmadan) və zərurət miqdarını aşmadan (onları yeməyə) məcbur olan şəxsə heç bir günah yoxdur. Həqiqətən Allah çox bağışlayan və mehribandır....
Nəhl Suresi, 115. Ayet:
Allah sizə ancaq ölü
heyvanı,
qanı, donuz ətini və (kəsən zaman başı üzərində) Allahdan qeyrisinin adı çəkiləni haram etmişdir. Beləliklə, əgər kimsə (onları yemək) məcburiyyət(in)də qalsa ləzzət qəsdi ilə və zərurətdən artıq yeməsə (yaxud itaətsizlik etməsə, bilsin ki,) həqiqətən Allah çox bağışlayan və mehribandır....
Nəhl Suresi, 115. Ayet:
O, sizə ölmüş
heyvanı,
qanı, donuz ətini və Allahdan başqasının adı zikr olunaraq kəsilmiş (heyvanı) haram buyurmuşdur. Kim ürəyi istəmədən və həddi aşmadan (bunlardan yeməyə) məcbur olarsa (bilin ki,) həqiqətən Allah, bağışlayandır, rəhmlidir....
Bəqərə Suresi, 173. Ayet:
O sizə ancaq ölmüş
heyvanı,
qanı, donuzun ətini və Allahdan başqasının adı ilə kəsilən heyvanları haram qıldı. Sonra kim bunlardan yeməyə məcbur olarsa, başqasının haqqını tapdalamasa və zərurət ölçüsünü keçməsə, ona bir günah yoxdur. Şübhəsiz ki, Allah çox bağışlayandır, çox rəhmlidir....