Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Fəth Suresi, 27. Ayet:
Şübhəsiz ki, Allah Peyğəmbərinin röyasını həqiqətə çevirdi. Siz inşallah əmin-amanlıq içində, başlarınızı qırxdırmış və saçınızı qısaltmış bir halda qorxmadan Məscidi-harama daxil olacaqsınız. Allah sizin bilmədiklərinizi bilir. O, bundan əvvəl də sizə yaxın bir zəfər bəxş etmişdi. (Rəvayət olunduğuna görə, Həzrət Peyğəmbər Hüdeybiyyə səfərinə çıxmadan əvvəl röyasında özünün və səhabələrin əmin-amanlıq içində başlarını qırxdıraraq Məkkəyə girdiklərini görmüş və bunu səhabələrə bildirmişdi. Onlar...
Nəhl Suresi, 101. Ayet:
Biz bir ayənin yerinə digər bir ayəni gətirdikdə (bir ayənin hökmünü ləğv edib onu başqası ilə əvəz etdikdə) – Allah nə nazil etdiyini (hansı hökmün bəndələri üçün daha münasib olduğunu) Özü daha yaxşı bilir – (Kafirlər Muhəmmədə): “Sən ancaq bir iftiraçısan (Allahın adından yalan uydurursan!)” – deyərlər. Xeyr! Onların əksəriyyəti (cahil olduğu üçün əsl həqiqəti, bir hökmü başqası ilə əvəz etməyin
hikmətin
i) bilməz!...
Nur Suresi, 27. Ayet:
Ey iman gətirənlər! Başqalarının evlərinə (sizin olmayan evlərə) sahiblərindən icazə almadan və onlara salam vermədən girməyin. Bu, (ədəb-ərkan baxımından) sizin üçün daha yaxşıdır. Bəlkə, (Allahın bu əmrinin
hikmətin
i) düşünüb anlayasınız (və həmişə yadda saxlayıb ona əməl edəsiniz)....
Əhzab Suresi, 50. Ayet:
Ya Peyğəmbər! Mehrlərini verdiyin zövcələrini, Allahın sənə qənimət olaraq verdiklərindən sahib olduğun cariyələri, səninlə birlikdə (Mədinəyə) hicrət etmiş əmin qızlarını, bibilərinin qızlarını, dayın qızlarını, xalalarının qızlarını və bir də Peyğəmbər onunla evlənmək istədiyi təqdirdə özünü (mehrsiz) Peyğəmbərə bağışlayan hər hansı bir mömin qadını – digər möminlərə deyil, yalnız sənə məxsus olmaq üzrə - sənin üçün halal etdik. Onların zövcələri və sahib olduqları cariyələr barəsində (“Nisa” ...
Bəqərə Suresi, 151. Ayet:
Həmçinin sizə aranızda (vəzifəni yerinə yetirmək üzrə) sizdən (özünüzdən) bir Rəsul göndərdik ki, ayələrimizi sizə tilavət etsin (oxuyub açıqlasın) və sizi (nəfsinizi) islah etsin, sizə Kitabı və hikməti öyrətsin və (
hikmətin
də ötəsini) bilmədiyiniz şeyləri öyrətsin....
Ənam Suresi, 83. Ayet:
Bunlar İbrahimə, qövmünə qarşı verdiyimiz dəlillərimizdir. Dilədiyimiz kimsələrin dərəcələrini artırarıq. Şübhəsiz ki, sənin Rəbbin Hakimdir (hökmün və
hikmətin
sahibidir), Alimdir (ən yaxşı biləndir)....
Əhzab Suresi, 34. Ayet:
Yad edin nə ki, tilavat olunur evlərinizdə Allahın ayətindən və
hikmətin
dən. Həqiqətən, Allah oldu Lətif, Xəbir!...
Bəqərə Suresi, 261. Ayet:
Mallarını Allah yolunda xərcləyənlərin (bu xərclərinin) misalı yeddi sünbül cücərdən və sünbüllərinin hər birində yüz (ədəd) dən olan toxum kimidir. (Deməli Allah yolunda sərf edilən hər bir şeyin yeddi yüz qat mükafatı vardır.) Allah istədiyi (və
hikmətin
in tələb etdiyi) şəxs üçün neçə qat artırır. Allah geniş (vücud, qüdrət və rəhmət sahibi) və biləndir....
Maidə Suresi, 101. Ayet:
Ey iman gətirənlər, (ömrün müddəti, dostların ölümü, var-dövlətin əldən çıxması və yaradılış aləminin
hikmətin
ə və kamil quruluşuna uyğun olaraq gizli qalan məsələlər kimi) sizə aşkar olacağı təqdirdə sizi narahat və qəmgin edəcək şeylər barəsində (Peyğəmbərdən) soruşmayın. Əgər Qur’an nazil (və vəhy mələyi hazır) olan zaman onların barəsində soruşsanız, sizin üçün aşkar olar. Allah onlardan (keçmişdə verilmiş yersiz suallardan) keçdi (onları əfv etdi). Allah çox bağışlayan və həlimdir....
Ənam Suresi, 99. Ayet:
Və göydən (yağış, qar və dolu şəklində) su nazil edən Odur. Beləliklə onun vasitəsilə (torpağın altından) bütün bitki növlərini (bütün toxumların bitkisini) çıxartdıq. Sonra ondan tumurcuq və yamyaşıl bir gövdə yetişdirdik ki, ondan (da dənli bitkilərin) üst-üstə yığılmış dənləri(ni) çıxardırıq. Xurma ağacının tumurcuğunun bir-birinə yaxın salxımları vardır. Həmçinin üzüm ağaclarından bağlar, (eləcə də) bir-birinə oxşayan və oxşamayan zeytun və nar (ağacları yetişdiririk). Bar verərkən onun meyv...
Yunus Suresi, 6. Ayet:
Şübhəsiz, gecə ilə gündüzün get-gəlində və (fəsillərə və ya yerin məntəqələrinə uyğun olaraq onların) hər birinin uzun və qısalığında və Allahın (planetlər, mələklər və canlılar kimi) göylərdə və (bitkilər, heyvanlar, cinlər və insanlar kimi) yerdə yaratdığında təqvalı olan bir dəstə üçün (Allahın tövhid, əzəmət, qüdrət və
hikmətin
dən) ayə və nişanələr vardır....
Nəhl Suresi, 65. Ayet:
Allah göydən (yağış, qar və dolu şəklində) su endirdi və onun vasitəsi ilə yeri (otları, dənləri və onların daxilindəki rüşeymləri) ölümündən sonra diriltdi. Doğrudan da bunda (bu işdə) eşidən dəstə üçün (Allahın qüdrət və
hikmətin
dən) bir nişanə vardır....
Nəhl Suresi, 67. Ayet:
Xurma və üzüm ağaclarının meyvələrindən (pak olmayan) məstedici mayelər və həmçinin gözəl və pak ruzi alırsınız. Həqiqətən bunda (onların bitmələri, məhsul vermələri və mənfəətlərində) öz ağılını işlədən bir dəstə üçün (Allahın qüdrətinə və
hikmətin
ə dair) nişanə vardır....
Nəhl Suresi, 71. Ayet:
Allah sizin bəzinizi (səylərin müxtəlifliyinə və ya işlərin idarə olunmasındakı
hikmətin
tələbinə, yaxud zəif və acizlərin qəyyum və hamisi olmaq üçün) ruzi baxımından digər bəzilərindən üstün etdi. Üstünlük verilmiş kəslər öz ruzilərini əsla öz qullarına verməzlər ki, (ağa ilə qul) bir-birləri ilə bərabər olsunlar. Məgər onlar Allahın bu nemətini (verdiyi bu üstünlüyü) inkar edirlər?! (Nə üçün Allahın üstünlüyünü unudurlar?!)...
Nəhl Suresi, 79. Ayet:
Məgər göyün üzündə (Allahın qüdrətinə) ram olmuş quşları görmədilərmi ki, onları (bədənlərini uçmaq üçün lazım olan quruluşda yaratmaq və uçuş tərzini onlara ilham etməklə) Allahdan başqa heç kim saxlamır? Şübhəsiz, bunda (bu yaradılış növündə) iman gətirən dəstə üçün (Allahın elminə, qüdrətinə və
hikmətin
ə dair) nişanələr vardır....
Nur Suresi, 44. Ayet:
Allah gecə - gündüzü dəyişdirir (onların birini digərinin arxasınca gətirir və yaxud birindən azaldaraq digərinə artırır). Həqiqətən bunda (bu dəyişkənlik və onun mənşəyində) bəsirət sahibləri üçün bir ibrət (və Allahın tovhid, qüdrət və
hikmətin
ə dair bir dəlil) vardır....
Rum Suresi, 21. Ayet:
Onların yanında aramlıq tapasınız deyə sizin üçün (mələklərdən, cinlərdən və başqa məxluqlardan deyil) öz cinsinizdən zövcələr yaratmağı və sizin aranızda (ər-arvadın, yaxud insanların arasında) dostluq əlaqəsi, batini mehr-məhəbbət yaratması onun nişanələrindəndir, həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın tovhidi, qüdrəti və
hikmətin
ə dair) nişanələr vardır....
Rum Suresi, 22. Ayet:
Göylərin və yerin yaradılışı, sizin dillərinizin (kəlmələrinizin, danışıq tərzinizin, səsinizin) və rənglərinizin (irqlərinizin və hər birinizin) müxtəlifliyi də onun nişanələrindəndir. Şübhəsiz, bunda (zatın xilqətində və sifətlərin müxtəlifliyində) alimlər üçün (Allahın tovhidi, qüdrəti və
hikmətin
ə dair) nişanələr vardır....
Rum Suresi, 24. Ayet:
(Şimşəyi və) ildırımı qorxu və ümid üçün (viran olmaq qorxusu və yağışa olan ümid) sizə göstərməsi və göydən (yağış, qar və dolu şəklində) su nazil etməsi, onun vasitəsilə yeri (yaxud bitkilər üçün lazım olan maddələri) öldükdən sonra diriltməsi də onun nişanələrindəndir. Həqiqətən, bunda (suyun nazil olması və bitkilərin həyat tapmasında) düşünən bir qövm üçün (Onun qüdrət və
hikmətin
ə dair) nişanələr vardır....
Rum Suresi, 37. Ayet:
Allahın istədiyi hər bir kəsin (varlıq aləminin tam nizamının tələbatına uyğun olaraq) ruzisini bol etdiyini, yaxud azaltdığını görmürlərmi?! Şübhəsiz, bunda (bu işdə) mömin bir qövm üçün (Allahın qüdrəti, tədbiri və
hikmətin
ə dair) nişanələr (ibrətlər) vardır....
Loğman Suresi, 27. Ayet:
Və əgər yer üzündəki hər ağac bir qələm olsaydı və dəryaya yeddi dərya belə qoşulsaydı (mürəkkəb olsaydı, Allahın yaratdıqlarından ibarət olan kəlmələrini yazmaqla) Allahın kəlmələri tükənməzdi; çünki Allah yenilməz qüdrət və hikmət sahibidir (Onun qüdrətinin və
hikmətin
in feyzi hüdudsuzdur)....
Zümər Suresi, 52. Ayet:
Məgər onlar ruzini istədiyi kəs üçün genişləndirən və daraldanın Allah olmasını bilməyiblər? Həqiqətən bunda (bu işdə) iman gətirənlər üçün (Allahın qüdrət, tədbir və
hikmətin
dən) nişanələr vardır....
Zuxruf Suresi, 11. Ayet:
Həmin O (Allah) ki, göydən müəyyən miqdarda (kamil
hikmətin
in tələbinə əsasən yağış, qar və dolu şəklində) su nazil etdi və onun vasitəsi ilə (bitki və ağaclar bitirməklə) ölü bir ölkəni diriltdik. (Qiyamət günü siz də torpaqdan) beləcə çıxarılacaqsınız....
Casiyə Suresi, 3. Ayet:
Şübhəsiz, göylərdə və yerdə (onların vücudunda və yaradılmalarının necəliyi və təsirlərində) iman əhli üçün (Allahın tovhid, rübubiyyət, qüdrət və
hikmətin
dən) nişanələr vardır....
İnfitar Suresi, 7. Ayet:
O Allah ki, səni yaratdı və bədəninin üzvlərini (hər bir üzvü lazımi
hikmətin
ə uyğun olaraq öz münasib yerində) düzəltdi və nizamladı və (lazımi işi ifa etmək üçün üzvlər arasında uyğunluq və ahəngdarlıq icad etməklə) qaydaya saldı və sahmanladı....
Kəhf Suresi, 21. Ayet:
Beləliklə, biz (insanları) onların hallarından xəbərdar etdik ki, Allahın vədinin haqq olduğunda və qiyamətin baş verəcəyində heç bir şübhə olmadığını bilsinlər. Onlar (bu hadisənin möcüzəvi tərəfini və əsl
hikmətin
i bir tərəfə qoyub) öz aralarında onların halını müzakirə edirdilər. (Bəziləri:) “Onların üstündə bir bina inşa edin, Rəbləri onların halını daha yaxşı bilir”, – dedilər. Müzakirədə sözü üstün olanlar isə: “Onların üstündə mütləq bir məscid tikəcəyik”, – dedilər....