Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Maidə Suresi, 106. Ayet:
Ey iman gətirənlər! Sizdən birinizin ölümü çatdığı zaman vəsiyyət vaxtı içinizdən iki ədalətli şəxsi aranızda şahid tutun! Əgər siz səfərdə ikən başınıza ölüm müsibəti gələrsə, sizdən olmayan başqa iki nəfəri (şahid tutun). Əgər (şahidlərdən) şübhə etsəniz, namazdan sonra o ikisini tutub saxlayın və onlar: “Onu (andları) qohumlarımızın mənfəəti üçün olsa belə heç bir qiymətə satmayacaq və Allahın şahidliyini gizlətməyəcəyik. Yoxsa, biz şübhəsiz ki, günahkarlardan olarıq”, – deyə Allaha and içsin...
Maidə Suresi, 106. Ayet:
Ey iman gətirənlər! Əgər sizdən biriniz ölüm əlamətləri göstərərsə, vəsiyyət edərkən aranızdan iki ədalətli kişi şahidlik etsin. Yaxud yer üzündə səfərdə olarkən sizə ölüm üz verərsə, aranızda olmayan iki nəfər şahidlik etsin. Əgər şübhə edirsinizsə, o iki nəfəri namazdan sonra həbs edin. "Biz şəhadətimizi qohumumuz olsa belə heç bir qiymətə satmamışıq və Allahın şəhadətini gizlətməmişik. Yoxsa belə etsəydik, günahkarlardan olarıq". Allaha and
içsinlər.
...
Maidə Suresi, 106. Ayet:
Ey iman gətirənlər! Siz-lərdən bir kimsəyə ölüm gəldiyi zaman, vəsiyyət vaxtı içinizdən iki ədalətli kişi, bir yerə səfərə çıxdığınız zaman başınıza ölüm müsibəti gəldikdə isə özünüzdən olmayan iki kişi aranızda şahidlik etsin. Əgər (özünüzdən olmayan şahidlərə) şübhə etsəniz, namazdan sonra hər ikisini saxlayın və qoy onlar: “Biz bu (andımızı) lap yaxın qohumlara belə heç bir qiymətə satmarıq və Allahın şahidliyini gizlətmərik. Əks halda biz, şübhəsiz ki, günah-karlardan olarıq”(– deyə) and içs...