Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Maidə Suresi, 95. Ayet:
Ey iman gətirənlər, ehramda ikən ovu öldürməyin! Sizdən kim onu qəsdən öldürərsə, öldürdüyü heyvanın eynisi (dəyərində ona) cəza düşür. Kəbəyə çatası qurban olmaq üzrə sizdən iki ədalətli şəxs buna hökm edər (öldürülən heyvanın dəyərini təyin edər), yaxud (ovlanmanın) kəffarəsi yoxsulları doyurmaq və yaxud da ona bərabər bir oruc tutmaqdır ki, gördüyü işin cəzasını dadsın. Allah keçmişdə olanları bağışlamışdır. Kim (bu
işləri)
təkrar edərsə, Allah ondan intiqam alar. Allah qüdrətlidir, intiqam s...
Bəqərə Suresi, 166. Ayet:
O zaman tabe olunmuşlar (bütpərəstlərin rəisləri) tabe olanlardan (bütpərəstlərdən) uzaqlaşacaq, (onların hamısı qiyamətdəki) əzabı görəcək və aralarındakı rabitə qırılacaqdır....
Bəqərə Suresi, 217. Ayet:
(Ya Rəsulum!) Haram olan ayda döyüş haqqında səndən soruşanlara söylə: “O ayda döyüşmək böyük günahdır, lakin Allah yolunu (insanların üzünə) qapamaq, onu inkar etmək, Məscidülhərama girməyə mane olmaq və oradakıları kənara çıxarmaq Allah yanında daha böyük günahdır. (Din naminə) fitnə salmaq isə (həmin ayda) vuruşmaqdan daha betərdir”! (Ey möminlər!) Onlar (Məkkə müşrikləri) əgər bacarsalar, sizi dininizdən döndərincəyə qədər sizinlə vuruşmaqda davam edəcəklər. Sizdən hər kəs öz dinindən dönüb ...
Bəqərə Suresi, 220. Ayet:
Dünya və axirət (
işləri)
barəsində. (Ya Rəsulum!) Səndən yetimlər haqqında sual edənlərə söylə: “Onlar üçün (onların malını qorumaq və güzəranlarını) yaxşılaşdırmaq xeyirlidir (nəcib əməldir). Əgər onlarla birlikdə yaşayırsınızsa, onlar sizin qardaşlarınızdır”. Allah islah (yaxşılıq) edənləri də, fəsad salanları da tanıyır. Əgər Allah istəsəydi, sizi, əlbəttə, əziyyətə salardı. Həqiqətən, Allah yenilməz qüvvət, hikmət sahibidir!...
Furqan Suresi, 68. Ayet:
Onlar Allahla yanaşı başqa bir tanrıya ibadət etməz, Allahın haram buyurduğu cana nahaq yerə qıymaz (onu öldürməz), zina etməzlər. Hər kəs bunu (bu
işləri)
etsə, cəzasını çəkər....
Qəsəs Suresi, 63. Ayet:
Haqlarında hökm (vəd etdiyimiz əzab) vacib olanlar (şeytanlar və müşriklərin rəisləri) deyəcəklər: “Ey Rəbbimiz! Bunlar bizim (haqq yoldan) azdırdığımız kimsələrdir. Özümüz nə cür azmışdıqsa, onları da elə azdırdıq. Biz onlardan uzaqlaşıb (onlarla əlaqəmizi kəsib) Sənə tərəf gəldik. Əslində onlar bizə ibadət etmirdilər (yalnız öz nəfslərinə uyurdular)....
Ali-İmran Suresi, 104. Ayet:
Sizin içinizdən xeyirə dəvət edən (mürşidlərdən) bir camaat olsun və marufla (yaxşılığı) əmr etsin və münkəri (pisliyi, günah
işləri)
qadağan etsin. Onlar fəlaha çatanlardır....
Naziat Suresi, 5. Ayet:
Əmrləri (
işləri)
yerinə gətirənlərə (əmri yerinə yetirib idarə edənlərə) (and olsun)....
Bəqərə Suresi, 178. Ayet:
Ey iman gətirənlər! Öldürülənlərə görə qisas almaq sizə vacib edildi. Azad kəsə görə azad olandan, köləyə görə kölədən, qadına görə qadından (qisas alın!) Əgər (qatil) qardaşı (ölənin varisləri) tərəfindən (qanbahası müqabilində) bir şeylə əfv edilsə, onda insafla davranmalı və (qanbahası) ona müvafiq qaydada ödənilməlidir. Bu, Rəbbiniz tərəfindən bir yüngülləşdirmə və mərhəmətdir. Bundan sonra kim həddi aşsa, onun üçün üzücü bir əzab vardır....
Hicr Suresi, 39. Ayet:
(İblis) dedi: “Ey Rəbbim! Sən məni yoldan çıxartdığına görə, mən də yer üzündə onlara (pis
işləri)
gözəl göstərib onların hamısını azdıracağam....
Məhəmməd Suresi, 25. Ayet:
Hidayət yolunu tanıdıqdan sonra (haqdan dönüb) geriyə üz tutanlara şeytan (günah
işləri)
gözəl göstərdi və onlara uzun ömür vəd etdi....
Bəqərə Suresi, 220. Ayet:
dünya və axirət (
işləri)
barəsində! Və səndən yetimlər(in işlərinə müdaxilə etmək) barəsində soruşurlar, de: «Onların vəziyyətinin düzəldilməsi daha yaxşıdır. Əgər onlarla bir yerdə yaşasanız (eybi yoxdur), onlar sizin (din) qardaşlarınızdır. Allah islah edəni fəsad törədəndən seçir. Əgər Allah istəsəydi, sizi çətinliyə salardı (onların mallarının və canlarının qorunmasını ayrı-ayrılıqda hər birinizə vacib edərdi). Həqiqətən Allah qüdrətli və hikmətlidir....
Bəqərə Suresi, 267. Ayet:
Ey iman gətirənlər, kəsb etdiklərinizin və sizin üçün yerdən çıxardığımız şeylərin (tarla və mədən məhsullarının) pak və halallarından (Allah yolunda) xərcləyin və pak olmayan (pis və haram) malı xərcləmək fikrinə düşməyin. Halbuki (əgər) onu (sizin haqqınız müqabilində versəydilər) ancaq göz yumaraq (və meylsiz halda) qəbul edərdiniz. Bilin ki, Allah ehtiyacsız və (sifət və
işləri)
təriflənmişdir....
Hicr Suresi, 39. Ayet:
Dedi: «Ey Rəbbim, məni (Öz dərgahından uzaqlaşdırmaqla) azğınlığa atdığına görə, mən də yer üzündə (bütün pis
işləri)
onlar (insanlar) üçün zinətləndirəcək və onların hamısını azdıracağam»....
Loğman Suresi, 26. Ayet:
Göylərdə və yerdə olanların hamısı Allahın həqiqi mülküdür (çünki, yaratmaq, qorumaq, idarə etmək və axırda fani etmək – hamısı Onun istəyinə tabedir). Həqiqətən, Allah özü (heç nəyə) möhtac deyil və ehtiyacsızdır və (zatı, sifətləri və
işləri)
həmd olunmuşdur(həmd olunmağa layiqdir)....
Səba Suresi, 28. Ayet:
Və Biz səni bütün insanlara (öz əsrindən dünyanın sonundək) qoruyan və (salehlərə) müjdə verən və (pisləri) qorxudan (kimi) göndərdik. Lakin camaatın əksəriyyəti (bunu) bilmir....
Şura Suresi, 28. Ayet:
(İnsanlar) naümid olduqdan sonra faydalı yağışı nazil edən və Öz rəhmətini yayan Odur və Odur başçı, dost, yardımçı və (bütün sifət və
işləri)
təriflənmiş!...
Məhəmməd Suresi, 14. Ayet:
Belə isə məgər (
işləri)
öz Rəbbi tərəfindən dəlil-sübut (təməli) üzərində olan kəslər (möminlər kimi ağıl və şəriətə əsaslananlar) pis əməlləri özlərinə gözəl göstərilən və öz nəfsi istəklərinə tabe olan kəslər kimidirlər?!...
Məhəmməd Suresi, 25. Ayet:
Həqiqətən Şeytan (kitab əhlindən) doğru yol aydın olduqdan sonra geriyə dönən (öz keçmiş əqidələrində qalan) kəslərin gözündə (batil və günah
işləri)
zinətləndirmiş və onları uzun-uzadı arzulara salmışdır....
Bürüc Suresi, 8. Ayet:
Onlar möminlərə yalnız (sifətləri və
işləri)
həmd olunmuş, yenilməz qüdrət sahibi olan Allaha iman gətirdiklərinə görə eyb və irad tuturdular....