Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Ənam Suresi, 61. Ayet:
O (Allah), bəndələri üzərində tam hakimiyyət sahibidir. O sizə gözətçi mələklər göndərir. Nəhayət, birinizin ölümü çatdığı zaman mələklərimiz onun canını alar. Onlar (öz
işlərində)
heç bir nöqsana yol verməzlər....
Ali-İmran Suresi, 17. Ayet:
Onlar (müsibətlərə) səbr edən, (sözlərində və
işlərində)
doğru olan, (Allaha) itaət edən, mallarından fəqirlərə verən və sübh vaxtı (Allahdan) bağışlanmaq diləyənlərdir (sübh namazına qalxanlardır)....
Həşr Suresi, 8. Ayet:
(Bu qənimət) yurdlarından qovulub çıxardılmış, Allahdan mərhəmət və riza diləyən, Allaha və Onun Peyğəmbərinə kömək edən yoxsul mühacirlərə məxsusdur. Onlar (imanlarında, sözlərində və
işlərində)
doğru olan kimsələrdir!...
Nisa Suresi, 131. Ayet:
Göylərdə və yerdə olanlar (onların özləri də daxil olmaqla) Allahın həqiqi mülküdür. Həqiqətən Biz sizdən əvvəl (səmavi) kitab verilmiş kəslərə, eləcə də sizə tövsiyə etdik ki, Allahdan qorxun və (hamıya xəbərdarlıq etdik ki,) əgər küfr etsəniz (Ona heç bir ziyan vurmazsınız, çünki) göylərdə və yerdə olanlar Allaha məxsusdur. Allah həmişə ehtiyacsız və (sifət və
işlərində)
təriflənəndir....
Nisa Suresi, 165. Ayet:
(Onları) müjdə verən və qorxudan peyğəmbərlər (olaraq göndərdik) ki, bu peyğəmbərlər(in gəlişin)dən sonra insanların Allaha qarşı heç bir dəlil-sübutu olmasın. Allah həmişə yenilməz qüdrət və (bütün
işlərində)
hikmət sahibidir....
Ənam Suresi, 116. Ayet:
Əgər (din
işlərində)
yer üzündəki insanların çoxuna tabe olsan, səni Allahın yolundan azdırarlar. Onlar yalnız zənn və gümanın arxasınca gedirlər və ancaq təxmin edirlər....
Əhzab Suresi, 3. Ayet:
Allaha təvəkkül et və Allah (bəndələrinin
işlərində)
vəkil olmaqda və işləri düzüb – qoşmaqda kifayət edər....
Əhqaf Suresi, 9. Ayet:
De: «Mən (Allahın) elçilərin(in) içərisindən (peyğəmbərlik, kitab və möcüzə iddiası edən) birinci (adam) deyiləm və (gələcəkdə dünya və axirət
işlərində)
mənimlə və sizinlə nə ediləcəyini bilmirəm. Mən yalnız mənə vəhy edilənə tabeyəm və yalnız aşkar qorxudanam.»...
Hucurat Suresi, 14. Ayet:
Bədəvilər dedilər: «Biz (səmimi qəlbdən) iman gətirdik.» (Ya Peyğəmbər, onlara) de: «İman gətirməmisiniz. Lakin (zahirdə kəlmeyi-şəhadəti deməklə) «İslamı qəbul etdik» deyin. Çünki iman hələ sizin qəlblərinizə daxil olmayıb. Əgər (əmrlərində) Allaha və (rəhbərlik göstər
işlərində)
Onun Peyğəmbərinə itaət etsəniz (Allah) sizin əməllərinizdən (heç nəyi) əskiltməz. Çünki Allah çox bağışlayan və mehribandır.»...
Təğabun Suresi, 12. Ayet:
Allaha (şəriət
işlərində)
itaət edin və Onun Rəsuluna (vacibi əmrlərdə) itaət edin! Əgər üz çevirsəniz, Bizim Rəsulumuzun öhdəsinə düşən yalnız açıq – aşkar təbliğdir (insanları qəbul edib əməl etməyə məcbur etmək deyildir. Çünki bu, imamətin vəzifələrindəndir. Axirət əzabı vermək də onun vəzifəsi deyildir. Çünki bu, rübubiyyət məsələlərindəndir)....