Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Möminun Suresi, 44. Ayet:
Sonra bir-birinin ardınca peyğəmbərlərimizi göndərdik. Hər dəfə bir ümmətə peyğəmbəri gəldiyi zaman onu yalanladılar. Biz də onları bir-birinin ardınca məhv edib
ibrətamiz
hadisələrə çevirdik. İman gətirməyən bir qövm (Allahın mərhəmətindən) uzaq olsun!...
Səba Suresi, 19. Ayet:
Onlar isə: “Ey Rəbbimiz! Səfərlərimizin arasını (aramızdakı məsafələri) uzaqlaşdır!” - dedilər və özlərinə zülm etdilər. Biz də onları pərən-pərən salıb
ibrətamiz
hekayələrə çevirdik. Həqiqətən, çox səbir edən və çox şükür edən hər kəs üçün bunda ibrətlər vardır....
Zuxruf Suresi, 56. Ayet:
Beləliklə, onları sonradan gələnlər üçün
ibrətamiz
bir mazi etdik....
Zariyat Suresi, 37. Ayet:
Şiddətli əzabdan qorxanlar üçün orada (
ibrətamiz
) bir işarə saxladıq....
Yunus Suresi, 67. Ayet:
Gecəni dincəlməyiniz üçün (qaranlıq), gündüzü (çalışıb ruzi qazanmağınız üçün) işıqlı edən Odur. Həqiqətən, bunda (Allah kəlamını) eşidənlər üçün (
ibrətamiz
) dəlillər vardır....
Rəd Suresi, 6. Ayet:
(Müşriklər) səni tələsdirib (özlərinə) yaxşılıqdan əvvəl pislik (Allahın mərhəmətindən qabaq əzabını) istəyirlər. Halbuki onlardan öncə (Allaha asi olan tayfalar, xalqlar barəsində) bu kimi (
ibrətamiz
) cəzalar olub keçmişdir. Həqiqətən, Rəbbin insanların zülmünə baxmayaraq onlara qarşı mərhəmət sahibidir. Və şübhəsiz ki, Rəbbinin cəzası da şiddətlidir!...
İbrahim Suresi, 45. Ayet:
Siz özlərinə zülm edənlərin yurdlarında da sakin oldunuz, onların başına nələr gətirdiyimiz də sizə bəlli oldu. Üstəlik sizin üçün (
ibrətamiz
) məsəllər də çəkdik....
Rum Suresi, 21. Ayet:
Ünsiyyətdə rahatlıq tapasınız deyə, sizin üçün özünüzdən zövcələr yaratması, aranıza məhəbbət və mərhəmət salması da Onun dəlillərindəndir. Həqiqətən, bunda düşünənlər üçün
ibrətamiz
dəlillər vardır....
Rum Suresi, 22. Ayet:
Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun dəlillərindəndir. Həqiqətən, bunda bilənlər üçün
ibrətamiz
dəlillər vardır!...
Rum Suresi, 23. Ayet:
Gecə və gündüz yatıb dincəlməyiniz, Onun lütfünü axtarmağınız da Onun dəlillərindəndir. Həqiqətən, bunda eşidən kəslər üçün
ibrətamiz
dəlillər vardır....
Rum Suresi, 24. Ayet:
Həm qorxu, həm də ümid vermək üçün ildırımı sizə göstərməsi, göydən su endirib yeri ölümündən sonra onunla diriltməsi də Onun dəlillərindəndir. Həqiqətən, bunda başa düşən adamlar üçün
ibrətamiz
dəlillər vardır....
Rəd Suresi, 6. Ayet:
(Müşriklər) səni yaxşılıqdan öncə pisliyə (əzabın gəlməsinə) tələsdirirlər. Halbuki onlardan əvvəl (neçə-neçə)
ibrətamiz
cəzalar olub keçmişdir. Həqiqətən, Rəbbin insanların zalımlığına baxmayaraq onları (tövbə edənləri) bağışlayır. Sözsüz ki, Rəbbinin cəzası şiddətlidir....
Bəqərə Suresi, 66. Ayet:
Beləliklə, Biz o cəzanı (həmin dövrdə) olanlar və sonrakı nəsillər üçün
ibrətamiz
bir cəza və təqvalılar üçün öyüd-nəsihət etdik....
Rəd Suresi, 6. Ayet:
Onlardan qabaq (keçmiş ümmətlərə)
ibrətamiz
bəlaların (gəlib) keçmiş olduğu(nu bildikləri) halda, onlar səndən rəhmət (tələbin)dən qabaq, əzab(ın nazil olmasın)a tələsməyini istəyirlər. Həqiqətən sənin Rəbbin insanların zülmlərinə baxmayaraq onlara qarşı (böyük bir) bağışlama sahibidir və əlbəttə, Rəbbin (əzaba layiq olanlara) şiddətli cəza verəndir....
Nəhl Suresi, 44. Ayet:
(Onları) aydın dəlillər (möcüzələrlə) və
ibrətamiz
səma kitabları ilə (göndərdik) və sənə də bu zikri (Qur’anı) nazil etdik ki, insanlara onlara nazil olanı açıqlayasan və bəlkə düşündülər....
Nəhl Suresi, 125. Ayet:
(İnsanları) Rəbbinin yoluna hikmətli məntiq, qane edən dəlillər və gözəl, oyadıcı və
ibrətamiz
nəsihətlə dəvət et və onlarla (müxaliflərlə) ən gözəl tərzdə mübahisə et. (Sənin vəzifən budur. Onlara gəldikdə isə) əlbəttə, sənin Rəbbin Özü Onun yolundan azanları daha yaxşı bilir və doğru yolda olanları daha yaxşı tanıyır....
Furqan Suresi, 39. Ayet:
(Həmin qövmlərin) hər birinə (
ibrətamiz
) məsəllər çəkdik və (qəbul etmədikləri üçün onların) hamısını pərən-pərən (saldıq) və məhv etdik....
Səba Suresi, 19. Ayet:
(Lakin onlar nemətin bolluğundan və gediş-gəlişin rahat olmasından doydular), dedilər: «Ey Rəbbimiz, bizim səfər (düşərgə)lərimizin arasını uzaq et» (ki, azuqə və miniyə ehtiyac olsun, beləliklə də varlıların üstünlüyü aydınlaşsın) və onlar özlərinə zülm etdilər. Biz də onları (yaddaşlarda
ibrətamiz
) dastanlar etdik və onları tamamilə pərən-pərən saldıq. Həqiqətən, bunda (bu hadisədə) hər bir səbirli və şükr edən şəxs üçün (Allahın qüdrəti və qəzəbinə dair) nişanələr vardır....
Zuxruf Suresi, 56. Ayet:
Nəticədə onları (tarixin batil və azğın qüvvələrinin) öncüllər(i) və gələcək (nəsil)lər üçün
ibrətamiz
məsəl etdik....
Naziat Suresi, 25. Ayet:
Beləliklə, Allah onu əvvəlinci və axırıncı küfrlü sözlərinin cəzası olaraq yaxaladı. Axirətin və dünyanın
ibrətamiz
əzabına giriftar etdi (Dəstəsi ilə birlikdə suda qərq edilməsi onun dünya əzabı, gecə-gündüz Bərzəx odunda yandırılması isə onun axirət əzabıdır.)....
Kəhf Suresi, 9. Ayet:
Yoxsa sən (sadəcə) Əshabi-kəhf və Əshabi-rəqimi bizim
ibrətamiz
dəlillərimizdən sandın?...
Naziat Suresi, 25. Ayet:
Allah onu
ibrətamiz
şəkildə dünya və axirət cəzası ilə cəzalandırdı....
Rəd Suresi, 6. Ayet:
Onlar yaxşılıqdan öncə pisliyin gəlməsinə səni tələsdirirlər. Lakin əslində onlara qədər də
ibrətamiz
cəzalar verilmişdi. Həqiqətən, sənin Rəbbin insanları, haqsızlığı olsa belə, bağışlayandır. Sənin Rəbbin şiddətli cəza da verəndir....