Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Əraf Suresi, 157. Ayet:
Əllərindəki Tövratda və İncildə (əlamətlərinin) yazıldığını gördükləri ümmi peyğəmbər olan rəsula tabe olanlara o peyğəmbər yaxşılığı əmr edər, pis işləri qadağan edər, təmiz nemətləri halal edər, murdar şeyləri isə haram edər. Onların ağır yükünü və üstlərindəki qandalları götürər. O kəslər ki, Peyğəmbərə iman gətirər, ona hörmət göstərər, yardım edər və onunla birlikdə endirilən nura (Qurana) tabe olarlar, onlar əsil nicat tapanlardır! (Yuxarıdakı ayədə keçən “ümmi” kəlməsi, “oxuma-yazma bilmə...
Bəqərə Suresi, 179. Ayet:
Ey ağıl sahibləri, qisasda sizin üçün həyat vardır! Ola bilsin ki, siz pis əməllərdən çəkinəsiniz. (Bu ayədəki “qisasda sizin üçün həyat vardır”
ifadəsindən
məqsəd odur ki, əgər qisas tətbiq edilərsə, bir insanın öldürülməsi ilə bir çox insanın həyatı xilas olar. Çünki başqalarını öldürdüyü zaman ölümə məhkum olacağını dərk edən bir şəxs bu cinayəti işləməz.)...
Maidə Suresi, 106. Ayet:
Ey iman gətirənlər! Sizdən birinizin ölümü çatdığı zaman vəsiyyət vaxtı içinizdən iki ədalətli şəxsi aranızda şahid tutun! Əgər siz səfərdə ikən başınıza ölüm müsibəti gələrsə, sizdən olmayan başqa iki nəfəri (şahid tutun). Əgər (şahidlərdən) şübhə etsəniz, namazdan sonra o ikisini tutub saxlayın və onlar: “Onu (andları) qohumlarımızın mənfəəti üçün olsa belə heç bir qiymətə satmayacaq və Allahın şahidliyini gizlətməyəcəyik. Yoxsa, biz şübhəsiz ki, günahkarlardan olarıq”, – deyə Allaha and içsin...
Nisa Suresi, 72. Ayet:
Sizdən elələri var ki, (cihada çıxdığınız zaman) ağır tərpənər və əgər sizə bir müsibət üz verərsə, belə deyər: “Allah mənə lütf etdi ki, mən onlarla birlikdə olmadım”. (Yuxarıdakı ayədə qeyd edilən “ağır tərpənərlər”
ifadəsindən
məqsəd müxtəlif bəhanələr gətirərək cihada çıxmaq istəməyən və başqalarının da cihada çıxmasına mane olmaq istəyən münafiqlərdir.)...
Taha Suresi, 130. Ayet:
Onların söylədiklərinə səbir et! Günəş doğmadan və batmadan əvvəl Rəbbini həmd ilə təsbeh et (şəninə təriflər de)! Gecənin bir vaxtında və gündüzün iki tərəfində (Rəbbini) təsbeh et ki, razı qalasan! (Təfsirçilər bu ayədəki “həmd ilə təsbeh et”
ifadəsindən
məqsədin “namaz” olduğunu ifadə etmişlər. Çünki namaz ən böyük və ən kamil zikrdir. Günəşin doğmasından əvvəlki təsbeh sübh namazı, gecənin bir vaxtındakı təsbeh də axşam və yatsı namazlarıdır. Gündüzün iki tərəfindəki namazlar isə günorta və...