Bəqərə Suresi, 104. Ayet: Ey iman gətirənlər! “Raina” deməyin (bu söz ərəb dilində “bizi qoru”, “bizdə gözün olsun”, “bizə bax”, “bizi gözlə”, “bizə qayğı və ehtiram göstər”, mənalarında işləndiyi halda, ibrani dilində yuxarıdakı mənalarla yanaşı, “bizə çobanlıq et”, “bizim çobanımız”; “ay səfeh” mənalarında da işlədilir. Yəhudilər həmin sözdən Peyğəmbərə qarşı bir istehza vasitəsi kimi istifadə edirdilər), “unzurna” söyləyin! (Allahın hökmünü) eşidin! Kafirləri şiddətli əzab gözləyir....
Fussilət Suresi, 44. Ayet: Əgər Biz etsəydik onu əcəmi dilində Qur’an, onda deyərdilər:
«Əgər onun ayətləri aydın fəsillərlə olsaydı». Ə, məgər ki,
əcəmi və ərəbi! De: «O, o kəslər üçün ki, inanırlar, hidayət və
şəfadır. Və o kəslər ki, inanmırlar, qulaqlarında onların karlıq
var və o, onlar üzərində korluqdur. Həmin onlardır ki, çağırırlar
onları uzaq məkandan»....
Tövbə Suresi, 5. Ayet: Beləliklə, elə ki, haram aylar (verilmiş möhlət və döyüşməyin haram olduğu dörd ay) sona çatdı, müşrikləri harada görsəniz (istər Hərəmin daxilində olsunlar, istərsə də xaricində, haram aylarda olsun və ya başqa aylarda) öldürün, tutun, mühasirəyə alın və hər yerdə onların pusqusunda durun. Beləliklə, əgər tövbə etsələr, namaz qılsalar və zəkat versələr yollarını açın ki, həqiqətən Allah çox bağışlayan və mehribandır....
İbrahim Suresi, 4. Ayet: Və Biz onlara, [Allahın əmrlərini] açıqca meydana qoysun deyə, hər bir peyğəmbəri yalnız öz qövmünün dilində göndərdik. Artıq, Allah dilədiyini/diləyəni azdırar, dilədiyini/diləyəni də doğru yola yönəldər. Və O, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan/möhkəm edəndir....