Tövbə Suresi, 24. Ayet: (Ya Rəsulum!) De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qəbiləniz (qohumlarınız), qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihaddan daha əzizdirsə, Allahın əmri (əzabı) gəlincəyə qədər gözləyin. Allah fasiqləri doğru yola yönəltməz!...
Nisa Suresi, 43. Ayet: Ey iman gətirənlər! Əgər sərxoşsunuzsa, nə dediyinizi bilməyincə və natəmizsinizsə, - yolda olmaq istisna edilməklə, - qüsl edib təmizlənməyincə namaza yaxın düşməyin. Əgər xəstəsinizsə və ya səfərdəsinizsə, yaxud sizlərdən kimsə ayaqyolundan gəlibsə və ya qadına toxunubsa, su tapmasanız, təmiz torpaqla təyəmmüm edin [pak olun], üzünüzə və əllərinizə çəkin! Həqiqətən, Allah əfv edəndir, bağışlayandır....
Həcc Suresi, 78. Ayet: Allah yolunda layiqincə cihad edin. O, sizi seçmiş, atanız İbrahimin dinində olduğu kimi dində sizin üçün bir çətinlik yaratmamışdır. O, sizi əvvəllər də, indi də müsəlman adlandırmışdır ki, peyğəmbər sizə şahid olsun, siz də insanlara şahidlər olasınız. Elə isə namaz qılın, zəkat verin və Allahdan möhkəm yapışın! O, sizin mövlanızdır. Nə gözəl mövla, nə gözəl kömək göstərən!...
İbrahim Suresi, 22. Ayet: Və iş bitincə şeytan [İblis/zehin qabiliyyəti] onlara, "Şübhəsiz ki, Allah sizə gerçək vədi vəd etdi, mən də sizə vəd etdim, dərhal də xilaf çıxdım. Onsuz da mənim sizə qarşı heç bir məcburedici qüvvəm yox idi. Ancaq mən sizi çağırdım, siz də mənə cavab verdiniz. O səbəblə məni qınamayın, öz-özünüzü qınayın! Mən sizin dadınıza çata bilərəm, siz də mənim xilaskarım deyilsiniz! Şübhəsiz ki, mən əvvəlcədən məni Allaha şərik qoşmağınızı da qəbul etməmişdim" dedi. -Şübhəsiz, şirk qoşaraq səhv; öz zər...