Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Kəhf Suresi, 24. Ayet:
Ancaq: “Allah diləyərsə (“İnşallah” - de)!” (İnşallah deməyi) unutduğun zaman Rəbbini an və belə de: “Ola bilsin ki, Rəbbim məni
indiki
ndən daha çox doğruya yaxınlaşdırar”....
Ənam Suresi, 74. Ayet:
Bir vaxt İbrahim atası Azərə demişdi: “Sən bütləri ilah kimimi görürsən? Həqiqətən, mən səni və sənin qövmünü açıq-aydın bir zəlalət içində görürəm”. (İbrahim peyğəmbər
indiki
İraq ərazisində məskunlaşan Kəldani qövmündən idi. Onun qövmü ulduzlara, göy cisimlərinə və bütlərə sitayiş edirdi. İbrahim peyğəmbər bütlərə sitayiş edən atasını və qövmünü sərt bir dillə tənqid etmiş və onları bir olan Allaha iman gətirməyə çağırmışdır.)...
Cümə Suresi, 3. Ayet:
(Allah-təala Muhəmməd əleyhissəlamı) ərəblərdən savayı hələ onlara qoşulmamış başqalarına da (islamı qəbul etməmiş
indiki
ümmətlərə və qiyamət gününə qədər dünyaya gələcək bütün sonrakı tayfalara da peyğəmbər göndərmişdir) [Və ya: o Peyğəmbər Kitabı və hikməti ərəblərdən əlavə hələ onlara qoşulmamış başqalarına da (başqa ümmətlərə də) öyrədər]. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!...
Ənfal Suresi, 23. Ayet:
Əgər Allah onlarda bir xeyir bilsəydi (əgər onların haqqı qəbul edən gözəl batinləri olsaydı), onlara (hətta peyğəmbərlər vasitəsi ilə təbliği təkrar etməklə olsaydı belə) mütləq eşitdirərdi. Əgər (
indiki
halda) onlara eşitdirsə, onlar (elə qəlbən də) dönük olduqları halda mütləq üz döndərərlər....
Məryəm Suresi, 64. Ayet:
(Vəhy mələyi bir müddət yubandı. Peyğəmbər bunun səbəbini soruşdu. Mələk dedi:) Biz (peyğəmbərlərə tədrici vəhyi gətirmək üçün) yalnız Rəbbinin əmri ilə nazil oluruq. Bizim gələcək və keçmiş işlərimiz və o ikisinin arasında olan hal-hazır (həmçinin bizim, qarşımızdakı və arxamızdakı, eləcə də bunların ikisinin arasındakı zaman və məkanlar, bunların hamısı) Allaha məxsusdur. (Allah üçün keçmiş, gələcək və
indiki
zaman birdir və vəhyin gecikməsi məsləhətdir.) Sənin Rəbbin əsla unutqan deyil....
Fussilət Suresi, 25. Ayet:
Biz (küfr və inadkarlıqlarına görə dünyada) onlar üçün (şeytan və cinlərdən) dost və yoldaşlar təyin etdik. Onlar (həmin şeytan və cinlər) bunlara
indiki
və gələcək nəfsi istəklərini və keflərini gözəl göstərdilər və onlardan qabaq keçmiş cin və insan tayfalarının zümrəsində (Allahın əzəli) söz(ü və kafirlərə verdiyi Cəhənnəm vədi) onlar barəsində gerçəkləşdi. Onlar doğrudan da ziyana uğradılar....