Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Taha Suresi, 86. Ayet:
Buna görə də Musa qəzəbli və kədərli bir halda qövmünün yanına qayıdıb dedi: “Ey qövmüm! Rəbbiniz sizə gözəl bir vəd verməmişdimi? (Sizdən ayrı qaldığım) zamanmı sizə uzun gəldi, yoxsa Rəbbinizdən sizə bir qəzəb gəlməsinimi
istədiniz
ki, mənə verdiyiniz sözünüzdən döndünüz?”...
Əraf Suresi, 150. Ayet:
Musa qəzəbli və kədərli halda tayfasının yanına dönərkən onlara dedi: “Məndən sonra mənə nə pis xələf oldunuz! (Nə pis işlər gördünüz!) Rəbbinizin əmrini (əzabını) tezləşdirməkmi
istədiniz
?” (Musa) qəzəbindən (əlindəki Tövrat) lövhələrini yerə atdı, qardaşının başından (saç-saqqalından) yapışıb özünə tərəf çəkməyə başladı. (Harun) dedi: “Ey anam oğlu! Bu tayfa məni zəif bilib az qaldı ki, öldürə. Mənimlə belə rəftar etməklə düşmənləri sevindirmə! Məni zalımlarla bərabər tutma!”...
Taha Suresi, 86. Ayet:
Bunun üzərinə Musa (ə.s) kədərlənərək qəzəbli halda qövmünə döndü. ‘Ey qövmüm! Rəbbiniz sizə gözəl bir vədlə vəd etmədimi? Buna baxmayaraq əhd müddəti sizə uzunmu gəldi? Yoxsa Rəbbinizin qəzəbinin üzərinizə enməsinimi
istədiniz
? Bu səbəbləmi vədimi (sizdən aldığım vədi) yerinə yetirmədiniz?’ dedi....
Əraf Suresi, 150. Ayet:
Musa qəzəbli və kədərli halda öz qövmünün yanına qayıtdıqda dedi: “Məndən sonra necə də yaramaz işlər görmüsünüz! Rəbbinizin əmrini qabaqlamaq
istədiniz
?” (Musa) lövhələri tulladı və qardaşının başından yapışıb özünə tərəf çəkdi. (Qardaşı) dedi: “Ey anamın oğlu! Həqiqətən, camaat məni zəif bilib az qala öldürəcəkdilər. Məni rüsvay etməklə düşmənləri sevindirmə. Məni zalımlara tay tutma”....
Əraf Suresi, 150. Ayet:
Amma elə ki, müraciət etdi Musa qoumuna tərəf qəzəbnən heyfsləndiyi halda, dedi: «Siz məndən sonra çox pis xəlifə idiniz! Ə, Rəbbinizin əmrini tezləşdirməkmi
istədiniz
?» Atdı lövhələri və qardaşının başından tutub özünə tərəf çəkdi. Dedi: «Ay anam oğlu! Həqiqətən, bu qoum məni zəif edib və az qaldı məni qətlə yetirsin. Sən düşmənləri mənə tənə vuran etdirmə və məni zalim qoumla birlikdə qarışdırma!»...
İbrahim Suresi, 34. Ayet:
Əta etdi sizə külli şeydən ki,
istədiniz
. Əgər Allahın nemətlərini sayasınız, onları hesablaya bilməzsiniz. Həqiqətən, insan zalimdir, küfr edəndir!...
Taha Suresi, 86. Ayet:
Musa təəssüflənərək qəzəbli halda qoumunun yanına qayıtdı. Dedi: «Ay qoumum! Ə, Rəbbiniz sizə gözəl vəd vermədimi? Ə, Onun əhdi sizə uzun gəldimi, yoxsa
istədiniz
ki, Rəbbinizin qəzəbinə düçar olub və mənim vədimə xilaf çıxasınız?»...
Taha Suresi, 86. Ayet:
Musa qəzəbli və məyus halda qövmünün yanına qayıtdı. “Ey qövmüm! Rəbbiniz sizə gözəl bir vəd vermədimi? (Mən ayrıldıqdan sonra) uzun zaman keçdi, yoxsa üzərinizə Rəbbinizdən bir qəzəb enməsini
istədiniz
ki, mənə verdiyiniz sözə əməl etmədiniz (və buzova tapındınız)?” – dedi....
Əraf Suresi, 150. Ayet:
Musa qəzəbli və təəssüflü halda öz camaatının yanına qayıtdıqda dedi: "Məndən sonra necə də pis iş tutmusunuz! Rəbbinizin əmrini tezləşdirməkmi
istədiniz
?" O, lövhələri yerə atdı və qardaşının saçından yapışıb onu özünə tərəf dartdı. O isə dedi: "Anam oğlu! Bu camaat məni əldən saldı, az qala məni öldürəcəkdilər. Məni bədnam edib düşmənləri sevindirmə, məni bu zalım adamlarla bir tutma!"...