Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Rəd Suresi, 6. Ayet:
(Müşriklər) səni tələsdirib yaxşılıqdan əvvəl pisliyi (əzabın gəlməsini) istəyirlər. Halbuki onlardan öncə də bunun bənzərləri baş vermişdi. Həqiqətən, Rəbbin, zülm etmələrinə rəğmən insanlara qarşı məğfirət sahibidir. Şübhəsiz ki, Rəbbinin cəzası şiddətlidir. (Məkkəli müşriklər belə demişdilər: “Ey Allah! Əgər bu Quran həqiqətən sənin tərəfindən göndərilibsə, dərhal üzərimizə daş yağdır, yaxud bizə başqa bir əzab ver!” Yuxarıdakı ayə bu hadisəyə işarə edir. Əslində onlar əzabın gəlməsini istəm...
Maidə Suresi, 6. Ayet:
Ey iman gətirənlər, namaza durarkən (dəstəmazınız olmayanda) üzlərinizi və dirsəklərinizə qədər əllərinizi yuyun və başınıza və iki ayaqlarınızın üzərinə hər iki ayağınızın üstündəki qabarıq yerə kimi məsh edin. Əgər cənabətli olsanız yuyunun (qüsl edin). Əgər xəstə və ya səfərdə ikən sizlərdən biri ayaqyolundan gəlmiş, yaxud qadınlarla yaxınlıq etmiş olsa və su tapmasanız, onda pak torpaq axtarın. (Hər iki əlinizin içini ona vurduqdan sonra) həmin torpaqdan üzünüzə və əllərinizə çəkin (təyəmmüm...
Maidə Suresi, 41. Ayet:
Ey peyğəmbər! Dilləri ilə "Biz iman gətirdik!“ - deyərək ürəklərində inanmayanlardan və yəhudilərdən küfr içində olanların halı səni kədərləndirməsin. Onlar yalana qulaq asır, sənin hüzuruna gəlməyən başqa adamlara qulaq asırlar. Onlar kəlamları sonradan öz yerlərindən dəyişərək təhrif edib deyirlər: "Əgər sizə bu [təhrif olunmuş hökm] verilərsə qəbul edin, o verilməsə, onda (qəbul etməkdən) çəkinin." Allah kimi fitnəyə salmaq istərsə, sən onu Allahdan xilas etmək üçün heç bir şey edə bilməzsən....