Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Ənfal Suresi, 17. Ayet:
(Döyüşdə) Onları siz öldürmədiniz, lakin Allah onları öldürdü. Atdığın zaman sən atmadın, lakin Allah atdı. Allah bunu, möminləri yaxşı bir imtahanla sınamaq üçün etdi. Şübhəsiz ki, Allah hər şeyi eşidəndir, biləndir. (Bədr döyüşündə Qüreyş ordusu müsəlmanlara hücum etdiyi bir vaxtda Həzrət Peyğəmbər əllərini açaraq dua etmiş və sonra yerdən bir ovuc torpaq götürərək düşmənlərin olduğu
istiqamətə
sərpmişdi. Bunun nəticəsində onların gözləri tutulmuş və beləcə məğlub olmuşdular. Yuxarıdakı ayədə ...
Rəd Suresi, 14. Ayet:
Həqiqi dua yalnız Ona edilər. Ondan başqa dua etdikləri, onların duasını heç cür qəbul edə bilməz. Onların halı ağzına su gəlsin deyə iki ovcunu suya açan, ancaq suyun gəlib çatmadığı kimsənin halına bənzəyir. Kafirlərin duası ancaq zəlalətdədir (düzgün
istiqamətə
yönəlməmişdir)....
Taha Suresi, 108. Ayet:
Həmin gün onlar heç bir
istiqamətə
sapmadan çağıranın ardınca gedəcəklər. Rəhmanın əleyhinə səslər kəsilir. Pıçıltıdan başqa heç nə eşitmirsən....
Bəqərə Suresi, 144. Ayet:
Biz sənin (ilahi əmri gözləyərək) üzünü göyə çevirdiyini görürdük. Artıq mütləq səni razı (məmnun) olacağın qibləyə çevirəcəyik. Bundan sonra üzünü Məscidi Haram tərəfinə çevir. Siz harada olsanız (namazda) üzlərinizi o
istiqamətə
çevirin. Şübhəsiz ki, kitab verilənlər bunun Rəblərindən bir haqq (gerçək) olduğunu əlbəttə bilərlər. Allah onların etdiklərindən xəbərsiz deyil....
Bəqərə Suresi, 150. Ayet:
Haradan çıxarsan çıx, bundan sonra (namazda) vəchini (üzünü) Məscidi Haram istiqamətinə çevir. Harada olsanız olun, üzlərinizi o
istiqamətə
çevirin ki, insanların sizin əleyhinizdə (istifadə edə biləcəkləri) dəlili olmasın. Onlardan zülm edənlər xaric, artıq onlardan qorxmayın. Məndən (sizin üzərinizdəki sevgimin azalacağından) qorxun ki, sizin üzərinizdəki nemətimi tamamlayım və beləcə hidayətə ərərsiniz....
Bəqərə Suresi, 60. Ayet:
Və bir zamanlar Musa, öz qövmü üçün su istədikdə, Biz, "Təcrübəni daş ürəkli qövmünə tətbiq et!" dedik. Belə olduqda, o daş ürəkli qövmdən bir çox
istiqamətə
on iki tayfa - məmləkət əhalisi ayrılıb əmələ gəldi. Ayrılan hər məmləkətin əhalisi özünün su götürəcəyi yeri qətü surətdə öyrəndi/işarələdi. -Allahın verdiyi ruzidən yeyin-için və fitnə-fəsad törədərək yer üzündə azğınlıq etməyin.-...
Bəqərə Suresi, 148. Ayet:
Və hər kəs üçün bir istiqamət vardır; hər kəs bir
istiqamətə
üz tutar. Ona görə, həmişə xeyirlərə tələsin, xeyir iş görməkdə bir-birinizi ötməyə çalışın/xeyirləri önə gətirin. Harada olsanız, Allah sizin hamınızı bir yerə toplayacaqdır. Şübhəsiz ki, Allah hər şeyə ən yaxşı qadir olandır....