Əhzab Suresi, 35. Ayet: Şübhəsiz, müsəlman, mömin, itaətkar, doğru sözlü, səbirli, təvazökar, sədəqə verən, oruc tutan, ayıb yerlərini (iffətlərini zinadan) qoruyan, Allahı çox zikr edən kişi və qadınlar üçün Allah bağışlanma və böyük bir mükafat hazırlamışdır....
Nəhl Suresi, 81. Ayet: Allah yaratdığı şeylərdən (ağaclardan, evlərdən, dağlardan və buludlardan) sizin üçün (günəşin hərarətindən qorunmaq məqsədilə) kölgəliklər əmələ gətirdi, sizdən ötrü dağlarda sığınacaqlar (mağaralar, kahalar), sizi istidən (və soyuqdan) saxlayacaq (yun, kətan, pambıq) köynəklər, (sizi müharibədə) qoruyacaq zirehli geyimlər düzəltdi. Allah nemətini sizə belə tamamlayıb verdi ki, bəlkə, Ona itaət edəsiniz (müsəlman olasınız)!...
Qəsəs Suresi, 32. Ayet: Əlini qoynuna qoy ki, əlin (oradan) eyibsiz-qüsursuz, ağappaq (parlaq bir nur kimi) çıxsın. Əlini (qanadını) özünə tərəf çək (yenidən qoynuna qoy) ki, (ilanın, yaxud əlinin parıltısının səni bürüdüyü) vahimə çəkilib getsin. Bu, Firona və onun əyanlarına qarşı sənin Rəbbindən olan iki möcüzədir. Onlar, həqiqətən, (Allahın itaətindən çıxmış) fasiq bir tayfadırlar!” (Musa birinci dəfə əlini qoynuna qoyub çıxartdıqda o, baxanlara bir nur kəsilib gözlərini qamaşdırar, onları qorxuya salar, ikinci dəf...