Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Maidə Suresi, 14. Ayet:
“Biz xristianıq”, - deyənlərdən də əhd almışdıq. Ancaq onlar özlərinə öyrədilən sözlərin bir qismini unutdular. Buna görə də qiyamət gününə qədər Biz onların arasına düşmənçilik və kin saldıq. Allah onlara, etdikləri işləri xəbər verəcəkdir. (İlk xristianlar da yəhudilərin işgəncə və hücumları qarşısında pərən-pərən düşmüş və İsa peyğəmbərə vəhy olunan İncili qoruya bilməmişdilər. Miladi təqvimlə üçüncü əsrin əvvəllərində Roma imperatorluğunun xristianlığa meyil etməsindən sonra rahatlığa çıxan...
Bəqərə Suresi, 213. Ayet:
İnsanlar tək bir ümmət idi. Allah onlara müjdə verən və xəbərdarlıq edən (əzabla qorxudan) peyğəmbərlər göndərdi, insanlar arasındakı
ixtilafları
ayırd etmək üçün O, peyğəmbərlərlə birlikdə haqq olan kitab nazil etdi. Halbuki özlərinə aşkar dəlillər gəldikdən sonra aralarındakı kin (və həsəd) üzündən (dində) ixtilafda bulunanlar kitab əhlindən başqası deyildir. Onların ixtilafda olduqları həqiqətə Onun izni (idarəsi) ilə iman gətirənləri isə Allah doğru yola yönəltdi. Allah istədiyini düz yola i...
Yunus Suresi, 19. Ayet:
İnsanlar (xilqətin əvvəlində uzun müddət) yalnız vahid (və ixtilafsız) bir millət idilər. Beləliklə (dünya işlərində ictimai münasibətlərə görə, kitab nazil olduqdan sonra isə
ixtilafları
nı aradan qaldırmaq üçün kitabın özü ilə bağlı) ixtilafa düşdülər. Əgər (əzəli elmində və Lövhi-Məhfuzda) Rəbbindən (bütün dəlil-sübutlar təqdim edilməmişdən əzab verməmək və dəlil-sübutlar təqdim edildikdən sonra da tələsməmək barəsində) bir kəlam keçməsəydi, onların arasında mütləq ixtilaf etdikləri şey barəsi...
Nəhl Suresi, 64. Ayet:
Biz bu kitabı sənə yalnız barəsində ixtilafda olduqları şeyi (müsəlmanların kafirlərlə və kitab əhli ilə olan
ixtilafları
nı) onlara izah etməyin və iman gətirən dəstəyə hidayət və rəhmət olması üçün nazil etmişik....
Həşr Suresi, 14. Ayet:
Onlar möhkəm qalalar içində və ya divarlar arxasında olmadan sizinlə toplu halda savaşa bilməzlər. Öz aralarındakı
ixtilafları
şiddətlidir. Sən onları birlik hesab edirsən. Halbuki qəlbləri pərən-pərəndir. Bu, onların dərrakəsiz bir qövm olmaları səbəbi ilədir....
Bəqərə Suresi, 213. Ayet:
İnsanlar vahid ümmət idilər. Allah onlara müjdə verən və xəbərdarlıq edən peyğəmbərlər göndərdi, onlarla birlikdə haqqı bildirən Kitab da nazil etdi ki, insanlar arasındakı
ixtilafları
onunla mühakimə etsin. Onun (Kitabın) barəsində ancaq: özlərinə aydın dəlillər gəldikdən sonra aralarında həddi aşanlar ixtilafa düşdülər. Allah iman gətirənləri Öz izni ilə ixtilafda olduqları haqq yoluna yönəltdi. Allah istədiyi kəsi doğru yola yönəldir....