Loğman Suresi, 20. Ayet: (Ey İnsanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları; meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü? İnsanlar içərisində eləsi də vardır ki, nə bir elmi, nə bir doğru yol göstərən rəhbəri, nə də bir nurani (ilahi) kitabı olmadan Allah barəsində mübahisə edər....
Nur Suresi, 33. Ayet: O kəslər ki, nigah etməyə imkanları yoxdur, gərək iffətli olsunlar, ta Allah Öz fəzlindən onları ehiyacsız edə. Əgər sizin qulluqçularınız sizdən yazı istəsələr, əgər onlarda xeyir bilsəniz, onda o yazını onlara verin və əta edin onlara Allahın malından ki, sizə əta edib. Və cavan kənizlərinizi ki, istəyirlər pak və nəcib qalsınlar, dünya malından ötrü pis işə məcbur etməyin. Kim onları məcbur edərsə, həqiqətən, Allah onların bu kərahətlərindən sonra Ğəfurdur, Rəhimdir! ...