Bəqərə Suresi, 177. Ayet: Yaxşılıq üzlərinizi şərq və qərb tərəfə çevirməniz (dən ibarət) deyildir. Əsl yax-şılıq Allaha, axirət gününə, mələklərə, kitab və peyğəmbərlərə iman edənlərin, mal-dövlətə olan sevgilərinə baxmayaraq onu yaxınlara, yetimlərə, yoxsullara, yolda qalmışa, (möhtac olduğu üçün) istəyənə və (azadlığa qovuşmaları üçün) kölələrə verənlərin, namazı düzgün qılan, zəkatı verən, əhd bağladıqda sözlərini yerinə yetirənlərin və çətinlikdə, xəstəlikdə və savaşın qızışdığı zamanlarda (dözüb) səbir edənlərin ha...
Bəqərə Suresi, 177. Ayet: Gerçək yaxşılıq (Möminlik) üzünüzü şərqə və qərbə tərəf çevirmənizdə deyildir. Lakin yaxşılıq (Möminlik) o kəslərdədir ki, onlar Allaha, axirət gününə, mələklərə, Kitaba və peyğəmbərlərə iman gətirir, öz malından ona (mala) olan məhəbbətinə baxmayaraq qohum-əqrabaya, yetimlərə, miskinlərə, yolçulara, dilənçilərə və kölələrə verir, namaz qılır, zəkat verir, etdikləri əhd-peymana sadiq olur, ehtiyacda, ağır məqamda və bədbəxtlik üz verəndə dözür. Onlar (imana) sadiq olanlardır, onlar müttəqilərdir...