Nisa Suresi, 89. Ayet: Münafiqlər, özləri Allahın məbud və rəbb olduğuna inanmadıqları kimi, sizin də inanmamağınızı, beləliklə, onlarla bərabər olmağınızı arzu etdilər. Ona görə, onlar Allah yolunda yurdlarından hicrət edənə qədər onlardan [özünüzə] köməkçi, yol göstərən, himayəçi yaxınlar qəbul etməyin. Əgər bundan üz döndərsələr, sizinlə aralarında əhd olan bir tayfaya sığınan kəslər yaxud sizinlə və ya öz qövmlərilə döyüşməkdən ürəkləri sıxılaraq sizin yanınıza gələnlər istisna olmaqla, onları tutun və harada görs...
Maidə Suresi, 51. Ayet: Ey iman etmiş kəslər! Yəhudiləri və nəsraniləri/xristianları [özünüzə] köməkçi, yol göstərən, himayəçi yaxınlar qəbul etməyin. Onlar bir-birlərinin himayəçi, yol göstərən yaxınlarıdır. Sizdən kim onları himayəçi, nəzarətçi, idarəçi tutsa, artıq şübhəsiz ki, o da onlardandır. Şübhəsiz ki, Allah şirk qoşaraq, küfr işləyərək səhv; öz zərərinə olan əməli işləyənlər tayfasına yol göstərməz....
İsra Suresi, 97. Ayet: Və Allah kimə bələdçi olsa, bax o, doğru yolu tapar. Kimi də yoldan azdırsa, artıq onun üçün Allahın altındakılardan heç bir köməkçi, himayəçi, yol göstərən yaxın kimsə tapa bilməzsən. Və Biz, onları qiyamət günü, kor, lal və kar bir halda üzü üstə bir yerə yığacağıq. Onların gedəcəkləri yer Cəhənnəmdir. Cəhənnəm səngiyəndə, onların odunu artırarıq. ...