Tövbə Suresi, 40. Ayet: Əgər ona köməklik etməsəniz, fəqət
Allah ona köməklik etdi, onda o kəslər ki, kafir idilər, onu xaric
etdilər, onda iki nəfərdən biri idi. Onda ikisi də mağarada idi,
yoldaşına dedi: «Hüznlü olma, həqiqətən, Allah bizimlədir!»
Allah ona Öz rahatlığını nazil etdi və onu qeyb qoşunu ilə
möhkəmləndirdi, hansı ki, görmürdünüz və kafirlərin səsini
batırdı və Allahın sözü hər vaxt ucadır və həqiqətən, Allah
Əzizdir, Həkimdir!...
Maidə Suresi, 12. Ayet: And olsun ki, Allah İsrail oğullarından möhkəm bir söz almışdı. Onlardan on iki nümayəndə – başçı – seçmişdik. Allah belə demişdi: “Sizinləyəm. And olsun ki, əgər namazı qılar, zəkatı verər və elçilərimə inanar, onları dəstəkləyərsinizsə, (kasıblara ürəklə köməklik göstərərək) Allaha gözəl bir borc verərsinizsə, əlbəttə, sizin pisliklərinizi örtərəm və and olsun, sizi içindən çaylar axan cənnətlərə qoyaram. Ancaq bundan sonra sizdən kim inkar edərsə, mütləq o, doğru yoldan azmışdır”....