Nisa Suresi, 131. Ayet: Allah üçündür nə ki, səmalarda və
nə ki, ərzdə var. Əlbəttə, tövsiyyə etdik o kəslərə ki, sizdən
qabaq kitab əta olunmuşdu və sizə: «Qorxun Allahdan!» Əgər
küfür edəsiniz, həqiqətən, Allah üçündür nə ki, səmalarda və
nə ki, ərzdə var və oldu Allah Ğəni, Həmid!...
Rəd Suresi, 31. Ayet: Əgər Quranla dağlar hərəkətə gələ, ya ərz parçalana, ya ölülər danışa… Bəli, cəmiyyən əmrlər Allah üçündür! Ə, məyus olmasın o kəslər ki, inanırlar, əgər Allah istəsəydi hidayət edərdi insanları cəmiyyən? Kəsilməz o kəslərə ki, kafirdirlər, isbatdır onlara nə ilə ki, edirlər qariəh, ya yaşayış yerlərinin yaxınlığında hazır duracaq, ta gələ vədi Allahın. Həqiqətən, Allah Öz vədinə xilaf etməz! ...
Maidə Suresi, 54. Ayet: Ey iman etmiş kəslər! Sizdən kim dinindən dönsə, bilsin ki, Allah tezliklə möminlərə qarşı mülayim, kafirlərə [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslərə] qarşı isə qürurlu və sərt bir tayfa gətirər ki, Allah onları sevər, onlar da Allahı sevərlər; onlar, Allah yolunda səy göstərərlər və heç bir tənəçinin tənəsindən qorxmazlar. Bu, Allahın istədiyinə verdiyi bir lütfdür. Allah, elmi və mərhəməti geniş və sərhədsiz olandır, çox yaxşı biləndir....
Əraf Suresi, 157. Ayet: onlara yaxşı işlər görməyi əmr edən və pis əməlləri qadağan edən, təmzi və xoş şeylərə icazə verən, napak, murdar və çirkli şeylərə icazə verməyən, bellərindən ağır yükləri, üstlərindən bağları və zəncirləri götürən, yanlarındakı Tövratda və İncildə yazılmış olduğunu görəcəkləri şəhərli/Məkkəli Peyğəmbərə, o elçiyə tabe olan kəslərə yazacağam. Elə isə, Ona iman gətirən, Ona möhkəm ehtiram göstərən, Ona yardımçı olan və Onunla birgə nazil olan nurun ardınca gedənlər ki var, bax onlar, nicat tapan...
Həcc Suresi, 41. Ayet: Allah, Özünə kömək edənlərə -yurd verib qüvvətləndirdiyimiz təqdirdə səlatı yerinə yetirən [maddi və zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə qurumlarını meydana gətirən, yaşadan], zəkatı/vergilərini verən, adət-ənənəyə uyğun/hər kəs tərəfindən məqbul hesab edilən yaxşı şeyləri əmr edən, vəhy və ümumi ağıl ilə pisliyi, eybəcərliyi qəbul edilən şeylərdən döndərən kəslərə- həqiqətən kömək edər. Heç şübhəsiz ki, Allah, çox güclüdür, mütləq qalibdir. İşlərin nəticəsi də yalnız Allaha aid...