Tövbə Suresi, 60. Ayet: Həqiqətən sədəqələr (malların və canların zəkatı, səkkiz yerə sərf olunmalıdır, yəni) yoxsulların, miskinlərin (daha yoxsul olanların), onun (toplanması, qorunması və paylanılması) icraçılarının, (kafirlərdən, yaxud əqidələri zəif olan müsəlmanlardan bəzilərini dinə cəlb etmək, ya onlardan döyüşdə istifadə etmək üçün) ürəklərinin ələ alınması lazım olan kəslərin, qulların (azad olunmasının), borcluların (borclarının ödənilməsinin), Allah yolundakı xərclərin (xeyiri ümumi olan hər hansı bir xeyir...
Bəqərə Suresi, 275. Ayet: Sələmi [əməksiz, risksiz, işləyib əziyyət çəkmədən asanca əldə edilən qazancları][#347] yeyən kəslər, şeytanın bir toxunuşla toxunduğu kəslərin qalxdığı kimi qalxar. Bu, şübhəsiz ki, onların: "Alış-veriş, sələm kimidir" demələri səbəbiylədir. Halbuki, Allah alış-verişi halal, sələmi haram etmişdir. Özünə Rəbbindən bir öyüd-nəsihət gəlib, əməlindən əl çəkənin keçmişi özünə, işi Allaha aiddir. Və kim yenidən qayıtsa, bax onlar atəşin dostlarıdır. Onlar orada əbədi qalacaqlar....
Əraf Suresi, 157. Ayet: onlara yaxşı işlər görməyi əmr edən və pis əməlləri qadağan edən, təmzi və xoş şeylərə icazə verən, napak, murdar və çirkli şeylərə icazə verməyən, bellərindən ağır yükləri, üstlərindən bağları və zəncirləri götürən, yanlarındakı Tövratda və İncildə yazılmış olduğunu görəcəkləri şəhərli/Məkkəli Peyğəmbərə, o elçiyə tabe olan kəslərə yazacağam. Elə isə, Ona iman gətirən, Ona möhkəm ehtiram göstərən, Ona yardımçı olan və Onunla birgə nazil olan nurun ardınca gedənlər ki var, bax onlar, nicat tapan...
Tövbə Suresi, 40. Ayet: Əgər siz Elçiyə kömək etməsəniz, bilin ki, Allah həqiqətən ona kömək etmişdir. Necə ki, o kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlər] onu ikinin [iki nəfərin] ikincisi olaraq çıxarmışdılar. Necə ki, ikisi mağarada idilər. O vaxt elçi, yoldaşına deyirdi: "Qəm yemə, şübhəsiz ki, Allah bizimlədir." Belə olduqda, Allah ona qəlbə təskinlik verən güvən və xatircəmlik hissini bəxş etmiş/onların əhval-ruhiyyəsini yaxşılaşdırmış, onu sizin görmədiyiniz əsgərlərlə gücləndirmiş və kaf...
Həcc Suresi, 18. Ayet: Göylərdə və yer üzündə olan kəslərin, günəş, ay, ulduzlar, dağlar, ağaclar, hərəkət edən canlılar və insanların çoxunun Allaha boyun əyib tabeçilik göstərdiklərini görmədinmi/heç düşünmədinmi? Bir çoxuna da əzab haqq olmuşdur. Və Allah, kimi alçaltsa, artıq onun yüksəldən olmaz. Şübhəsiz ki, Allah istədiyini edər....
Müddəssir Suresi, 3. Ayet: Bütün təriflər, aləmlərinRəbbi,yatardığı bütün canlılara nemət verən, yaratdıqlarına çox rəhm edən, hər kəsin yaxşı ya da pis bütün fellərin və işlərin əvəzini görəcəyi axirət gününün sahibi, hökmdarı Allahındır; başqası tərif edilməməlidir. _x000D_
Yalnız Sənə bəndəlik edirik və yalnız Səndən kömək isteyirik. Bizə, üstünə qəzəb yağdırılanların və azıb qalanların yolundan başqa olan yolu, nemət verdiyin kəslərin yolu olan doğru yolu göstər, bildir! deyərək xəbərdarlıq et! Və dərhal, təkcə Rəbbi...