Bəqərə Suresi, 177. Ayet: Üzünüzü şərqə və qərbə çevirmək caiz deyil. Amma birr: Allaha, axirət gününə, mələklərə, kitablara və peyğəmbərlərə iman gətirmək; Var-dövlətini sevsə də, onu qohum-əqrəbasına, yetimlərə, kasıblara, müsafir oğluna, kömək istəyənə, ehtiyacı olana verir; “Namaz qılmaq, zəkat vermək” söz verdiyi zaman vədi yerinə yetirmək, sıxıntı, çətinlik və fəlakət zamanı səbirli olmaq deməkdir. Bunlar sadiq olanlardır. Onlar da təqvalılardır....
Bəqərə Suresi, 177. Ayet: Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl (sahibləri) Allaha, Axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə sərf edən, namaz qılıb zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə döyüşdə səbr edən şəxslərdir. Onlar imanlarında doğru olanlardır. Müttəqi olanlar da elə məhz onlardır....
Maidə Suresi, 12. Ayet: And olsun ki, Allah İsrail oğullarından möhkəm bir söz almışdı. Onlardan on iki nümayəndə – başçı – seçmişdik. Allah belə demişdi: “Sizinləyəm. And olsun ki, əgər namazı qılar, zəkatı verər və elçilərimə inanar, onları dəstəkləyərsinizsə, (kasıblara ürəklə köməklik göstərərək) Allaha gözəl bir borc verərsinizsə, əlbəttə, sizin pisliklərinizi örtərəm və and olsun, sizi içindən çaylar axan cənnətlərə qoyaram. Ancaq bundan sonra sizdən kim inkar edərsə, mütləq o, doğru yoldan azmışdır”....