Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Əraf Suresi, 169. Ayet:
Onlardan sonra (ayələri təhrif etmək müqabilində) bu dəyərsiz dünya malını alaraq Kitaba varis olan və: “Onsuz da biz bağışlanacağıq”. - deyən kimsələr onların yerinə
keçdilər.
Onlara, ona bənzər başqa bir dünya malı gəlsəydi, onu da alardılar. Bəs onlardan, Allaha dair haqdan başqasını söyləməyəcəklərinə dair Kitabda yazılanlara uyğun əhd alınmamışdımı?! Halbuki, onlar onun içindəkiləri öyrənmişdilər. Axirət yurdu (Allahdan) qorxanlar üçün daha xeyirlidir. Hələ də düşünmürsünüzmü?...
Əraf Suresi, 169. Ayet:
Onlardan sonra yerlərinə kitaba (Tövrata) sahib olan xələflər
keçdilər.
Onlar fani dünya malını alıb deyirdilər: “Biz (Allah tərəfindən) bağışlanacağıq!” Onlara bunun misli qədər (kimi) daha bir haram gəlsəydi, onu da alardılar. Məgər Allaha dair yalnız haqqı demək barədə kitabda (Tövratda) onlardan əhd alınmamışdımı?! Halbuki orada (kitabda) olanları oxuyub öyrənmişdilər. Axirət evi Allahdan qorxanlar üçün daha xeyirlidir. Məgər dərk etmirsiniz?...
Əraf Suresi, 169. Ayet:
Beləliklə, onlardan sonra kitabın (Tövratın) varisi olmuş (saleh olmayan) canişinlər(i) onların yerinə
keçdilər.
Onlar (rüşvət və ya kitabı təhrif etmək yolu ilə) bu alçaq dünyanın malını alır və «tezliklə (tövbə edəcək və) bağışlanacağıq» deyirlər. Əgər onlara elə bir mal yetişsə, yenə də götürərlər! Məgər onlardan kitabın möhkəm əhd-peymanı alınmadımı ki, Allaha haqdan başqa bir şey nisbət verməsinlər? Halbuki, onlar kitabda olanları oxuyublar (və onun hökmlərindən xəbərdardırlar). (Bilin ki,)...