Nisa Suresi, 148. Ayet: Haqsızlığa məruz qalan istisna olmaqla, Allah pis sözün ucadan söylənməsini sevməz. Allah hər şeyi eşidəndir, biləndir. (Pis söz deyildikdə, birinin qeybətini qırmaq, söz daşımaq, yalan, iftira və s. başa düşülməlidir. İnsan bunları ürəyindən keçirsə belə, açıqdan söyləməsi günahdır. Ancaq haqsızlığa məruz qalan kimsə, haqsızlığın ortadan qalxması üçün bunu başqalarına danışarsa, bu qeybət və ya pis söz sayılmaz.)...
Bəqərə Suresi, 259. Ayet: Və bəzi kafirlərin [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlərin] halı da, evlərinin damları çökmüş bir şəhərə yolu düşən kimsə kimidir. O kimsə, "Bunu, bu ölümdən sonra Allah necə dirildəcək ?!" deyərək inanmadığını göstərdi. Belə olduqda, Allah onu yüz il öldürdü, sonra diriltdi. Allah, "Nə qədər qaldın?" dedi. O, "Bir gün yaxud bir günün bir hissəsi qədər qaldım" dedi. Allah, "Əksinə, sən yüz il qaldın, belə olduğu halda, yeməyinə-içməyinə bax, hələ xarab olmayıb, uzunqulağına də ...