Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Nəhl Suresi, 91. Ayet:
Əhd (müqavilə) bağladığınız zaman Allaha verdiyiniz əhdi yerinə yetirin və Allahı şahid göstərərək andları
möhkəmləndirdikdən
sonra onu pozmayın! Həqiqətən, Allah sizin etdiklərinizi yaxşı bilir....
Nəhl Suresi, 91. Ayet:
(Allah) sizinlə əhdləşdiyi zaman Allahın əhdini yerinə yetirin. Onu
möhkəmləndirdikdən
(hidayətə ərdikdən) sonra əhdləri pozmayın. Siz Allahı üzərinizə zamin etmişdiniz (Allahu Təala sizi hidayətə ərdirmişdi). Şübhəsiz ki, Allah sizin nə etdiyinizi bilir....
Rəd Suresi, 25. Ayet:
Allahın (tovhid və dinin qəbul edilməsi barəsindəki) əhd-peymanını (möcüzələr və dəlillərlə)
möhkəmləndirdikdən
sonra pozan, Allahın birləşilməsinə əmr etdiyi şeyi qıran və yer üzündə fəsad törədən kəslər üçün lənət və bu dünyanın pis sonu vardır....
Nəhl Suresi, 92. Ayet:
Və öz ipini əyirdikdən və
möhkəmləndirdikdən
sonra açıb bir-birindən ayıran o (yelbeyin) qadın kimi olmayın ki, andlarınızı bir dəstənin (digər) bir dəstədən artıq və imkanlı olmasına xatir öz aranızda hiylə və fəsad vasitəsi edəsiniz (məsələn müsəlmanlara kömək etmək üçün and içəsiniz və müşriklər onlardan üstün olduqlarına görə onu pozasınız). Əslində Allah sizi bu barədə sınayır və şübhəsiz, Qiyamət günü, barəsində ixtilaf etdiyiniz şeyi sizin üçün aydınlaşdıracaqdır....