Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Tövbə Suresi, 69. Ayet:
(Ey
münafiqlər!)
Siz də sizdən əvvəlkilər kimi etdiniz. Onlar sizdən daha güclü, daha çox mal və övlad sahibi idilər. Onlar (dünyadakı) öz paylarına düşəndən bəhrələndilər. Sizdən əvvəlkilər öz paylarına düşəndən bəhrələndikləri kimi siz də öz payınıza düşəndən bəhrələndiniz və (batil yola) girənlər kimi siz də (o yola) girdiniz. Onların əməlləri dünyada da, axirətdə də puça çıxmışdır. Onlar əsil ziyana uğrayanlardır!...
Tövbə Suresi, 69. Ayet:
(Ey
münafiqlər!)
Siz özünüzdən əvvəlkilər kimisiniz. Hələ onlar sizdən daha qüvvətli (möhkəm), mal-dövlət, övlad baxımından daha artıq idilər. Onlar (dünyadakı) qismətlərindən həzz alıb bəhrələndilər. Siz də özünüzdən əvvəlkilər kimi (dünyadakı) qismətinizdən ləzzət alıb bəhrələndiniz. Siz də onlar kimi (yalan bataqlığına) yuvarlandınız. Onların əməlləri dünyada da, axirətdə də puça çıxmışdır. Onlar özlərinə zərər eləyənlərdir!...
Fəth Suresi, 12. Ayet:
Yoxsa (ey
münafiqlər!)
siz elə güman edirdiniz ki, Peyğəmbər və möminlər (döyüşdə həlak olub) bir daha öz ailələrinə qayıtmayacaqlar? Bu sizin ürəyinizə xoş gəlmiş və siz (Allah barəsində) pis fikrə düşmüşdünüz. Və (elə buna görə də) siz məhvə düçar edilmiş (yaxud xeyirsiz) bir qövm oldunuz!...
Hədid Suresi, 15. Ayet:
(Ey
münafiqlər!)
Bu gün artıq nə sizdən, nə də kafirlərdən (günahlarınızın bağışlanması üçün) heç bir fidyə qəbul olunmaz. Məskəniniz Cəhənnəmdir. Sizə yaraşan odur. Ora necə də pis sığınacaqdır!”...
Tövbə Suresi, 69. Ayet:
(Ey
münafiqlər!)
Siz də eynilə sizdən əvvəlkilər kimisiniz. Onlar sizdən daha güclü, malları və övladları da daha çox idi. Onlar öz paylarına düşəndən faydalanmışdılar. Sizdən əvvəlkilərin paylarına düşəndən faydalandığı kimi siz də payınıza düşəndən eləcə faydalandınız və onların qapıldığı kimi siz də (dünya zövqünə) qapıldınız. Onların dünyada da axirətdə də əməlləri boşa çıxmışdır. Onlar məhz ziyana uğrayanlardır....
Fəth Suresi, 12. Ayet:
(Ey
münafiqlər!)
Əslində siz peyğəmbərin və iman edənlərin bir daha ailələrinə qayıtmayacaqlarını zənn etmişdiniz. Bu sizin qəlblərinizə gözəl göstərildi, sui-zənn etdiniz və məhvə məhkum bir qövm oldunuz....