Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Əraf Suresi, 169. Ayet:
Onlardan sonra (ayələri təhrif etmək
müqabilində)
bu dəyərsiz dünya malını alaraq Kitaba varis olan və: “Onsuz da biz bağışlanacağıq”. - deyən kimsələr onların yerinə keçdilər. Onlara, ona bənzər başqa bir dünya malı gəlsəydi, onu da alardılar. Bəs onlardan, Allaha dair haqdan başqasını söyləməyəcəklərinə dair Kitabda yazılanlara uyğun əhd alınmamışdımı?! Halbuki, onlar onun içindəkiləri öyrənmişdilər. Axirət yurdu (Allahdan) qorxanlar üçün daha xeyirlidir. Hələ də düşünmürsünüzmü?...
Bəqərə Suresi, 15. Ayet:
(Belə əməllərin
müqabilində)
Allah da onlara (dünya və axirətdə) istehza edər və (dünyada) onlara o qədər möhlət verər ki, öz zəlalətləri içində şaşqın (və sərgərdan) qalarlar. (Və ya: Allah da onlara istehza edər və onları öz zəlalətləri, tüğyanları içində saxlayar)....
Bəqərə Suresi, 79. Ayet:
Vay o kəslərin halına ki, öz əlləri ilə (istədikləri kimi) kitab (Tövrat) yazıb, sonra (onun
müqabilində)
bir az pul almaqdan ötrü: “Bu, Allah tərəfindəndir!” - deyirlər. Öz əlləri ilə (təhrif olunmuş kitab) yazdıqlarına görə vay onların halına! Qazandıqları şey üçün vay onların halına!...
Bəqərə Suresi, 123. Ayet:
Qorxun elə bir gündən ki, (o gün) heç kəs heç kəsin işinə yarıya bilməz (heç kəs heç kəs üçün bir şey ödəyə bilməz), heç kəsdən (gördüyü pis işlər
müqabilində)
əvəz (fidyə) qəbul edilməz, heç kəsin şəfaəti fayda verməz və (Allahın əzabından xilas olmaqda) onlara (günahkarlara) heç bir kömək də göstərilməz!...
Bəqərə Suresi, 178. Ayet:
Ey iman gətirənlər! (Qəsdən) öldürülən şəxsdən sizin üçün qisas almaq hökmü qərara alındı (vacib oldu). Azad şəxsi azad şəxsin, qulu qulun, qadını qadının əvəzində (öldürə bilərsiniz). (Öldürülən şəxsin) qardaşı (varisi) tərəfindən (müəyyən bir şey, qanbahası
müqabilində)
bağışlanmış (qatil) ilə adətə görə (yaxşı) rəftar edilməlidir. Bağışlanmış (qatil də) yaxşılıqla (qan sahiblərinə) “diyə” (qanbahası) verməlidir. Bu, (qisası qanbahası ilə əvəz etmək hökmü) Rəbbiniz tərəfindən sizin üçün bir yü...
Yunus Suresi, 72. Ayet:
Əgər siz (mənim öyüd-nəsihətimdən, dəvətimdən) üz çevirsəniz, (bilin ki) mən (bunun
müqabilində)
sizdən heç bir mükafat istəmirəm. Məni mükafatlandırmaq yalnız Allaha aiddir. Mənə müsəlmanlardan (özünü Allaha təslim edənlərdən) olmaq əmr edilmişdir!”...
Maidə Suresi, 95. Ayet:
Ey iman gətirənlər! Ehramda olarkən ovu (əti yeyilən heyvanları) öldürməyin. Sizdən ovu qəsdən öldürən hər bir kəsin boynuna cəza və ya kəffarə düşür. Onun cəzası içərinizdən olan iki ədalətli şəxsin hökmü ilə öldürdüyünə bənzər (onun qiymətinə bərabər) bir heyvanı Kəbəyə çatası (Kəbənin yaxınlığında kəsilib oradakı yoxsullara paylanacaq) qurban etmək, kəffarəsi isə, gördüyü işin zərərini, acısını dadsın deyə, (öldürdüyü heyvanın dəyəri
müqabilində)
yoxsullara yedirtmək, yaxud ona bərabər (hərəs...
Yusif Suresi, 88. Ayet:
(Yəqubun oğulları Misirə gəlib Yusifin) hüzuruna daxil olanda dedilər: “Ey vəzir! Bizə və ailəmizə müsibət (quraqlıq, qıtlıq, aclıq) üz vermişdir. Bir az dəyərsiz malla (sənin yanına) gəlmişik. (Buna baxmayaraq, yenə də onun
müqabilində)
bizim üçün ölçünü düz elə (bolluca ərzaq ehsan et) və bizə sədəqə ver. Həqiqətən, Allah sədəqə verənləri mükafatlandırar!”...
Hicr Suresi, 39. Ayet:
(İblis) dedi: “Ey Rəbbim! Məni azdırmağına (rəhmətindən kənar etməyinə) əvəz olaraq and içirəm ki, mən də (bunun
müqabilində)
onlara (pis əməllərini, günahlarını) yer üzündə yaxşı göstərib onların hamısını yoldan çıxaracağam!...
Nur Suresi, 22. Ayet:
Aranızda olan fəzilət və sərvət sahibləri qohum-əqrəbaya, miskinlərə və Allah yolunda hicrət edənlərə (heç bir şey) verməyəcəklərinə and içməsinlər. (Onları) əfv edib, (cəzalandırmaqdan) vaz keçsinlər! Məgər siz (bu yaxşılıq
müqabilində)
Allahın sizi (günahlarınızı) bağışlamağını istəmirsiniz? Allah (bəndələrini) bağışlayandır, rəhm edəndir!...
Səba Suresi, 47. Ayet:
De: “Mən (bunun
müqabilində)
sizdən heç bir muzd (mükafat) istəmirəm, o sizin olsun. Mənim mükafatım ancaq Allaha aiddir. O, hər şeyə şahiddir!”...
Yasin Suresi, 21. Ayet:
Sizdən (haqqa dəvət
müqabilində)
heç bir muzd (mükafat) istəməyən və özləri də doğru yolda olan kəslərin ardınca gedin!...
Qələm Suresi, 46. Ayet:
Yoxsa sən (risaləti təbliğ etmək
müqabilində)
onlardan ücrət (muzd) istəyirsən və onlar ağır borc yükü altında qalıblar?!...
İnsan Suresi, 9. Ayet:
(Və sonra da yedirtdikləri kimsələrə belə deyərlər: ) “Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən (bu ehsan
müqabilində)
nə bir mükafat, nə də bir təşəkkür istəyirik....
Bəqərə Suresi, 178. Ayet:
Ey iman gətirənlər! Öldürülənlərə görə qisas almaq sizə vacib edildi. Azad kəsə görə azad olandan, köləyə görə kölədən, qadına görə qadından (qisas alın!) Əgər (qatil) qardaşı (ölənin varisləri) tərəfindən (qanbahası
müqabilində)
bir şeylə əfv edilsə, onda insafla davranmalı və (qanbahası) ona müvafiq qaydada ödənilməlidir. Bu, Rəbbiniz tərəfindən bir yüngülləşdirmə və mərhəmətdir. Bundan sonra kim həddi aşsa, onun üçün üzücü bir əzab vardır....
Bəqərə Suresi, 79. Ayet:
Buna görə də vay olsun o kəslərin halına ki, azacıq bir qazanc əldə etmək üçün öz əlləri ilə bir yazı yazıb, sonra «bu, Allah tərəfindəndir» deyirlər. Əlləri ilə yazdıqlarına görə vay olsun onlara və vay olsun onlara (bu təhrifin
müqabilində)
əldə etdiklərinə görə!...
Bəqərə Suresi, 184. Ayet:
Bir neçə gün! Odur ki, sizdən kim xəstə yaxud səfərdə olsa, bir neçə gün (tutmadığı günlərin sayı qədər) digər günlərdə (oruc tutsun). Və oruc tutmağın taqətsizləşdirdiyi kəslər (qocalar, azyaşlılar və ağır xəstələr oruc tutmaya bilərlər və onlar) üçün (oruc tutmadığı hər günün
müqabilində)
bir yoxsula (bir «mudd», yəni yeddi yüz əlli qram) yemək vermək onun kəffarə və əvəzidir. Kim xeyirə artırsa (və iki mudd versə) onun üçün daha yaxşıdır. Oruc tutmaq (çətin və məşəqqətli olsa da), sizin üçün ...
Nisa Suresi, 28. Ayet:
Allah (müvəqqəti evlənmək, kənizi almaq və digər qanunlarla) sizə yüngüllük gətirmək istəyir. İnsan (nəfsinin istəkləri
müqabilində)
zəif və aciz yaradılmışdır....
Nisa Suresi, 76. Ayet:
İman gətirənlər Allah yolunda vuruşurlar. Küfr edənlər isə azğının (haqqa itaətsizlik edən tüğyançının) yolunda vuruşurlar. Buna görə də siz Şeytanın köməkçiləri və dostlarına qarşı vuruşun. Şübhəsiz Şeytanın məkr və hiyləsi həmişə (Allahın tökdüyü tədbir
müqabilində)
zəifdir....
Nisa Suresi, 95. Ayet:
Cismində xəsarət və digər üzrü olmadan (müstəhəbbi və ya vacibi-kifayi) cihada getməyib (evdə) oturan möminlər, Allah yolunda mal və canları ilə cihad edənlərlə əsla bir deyildirlər. Allah mal və canları ilə cihad edənləri (evdə) oturanlardan (yüksək) bir dərəcə ilə üstün etmişdir və Allah onların hər birinə (iman və əməli
müqabilində)
yaxşı bir mükafat vəd etmişdir. Allah cihad edənlərə (evdə) oturanlardan daha böyük mükafatla üstünlük əta etmişdir,...
Maidə Suresi, 109. Ayet:
(Yada sal) o gün(ü) ki, Allah bütün peyğəmbərləri bir yerə toplayaraq deyəcək: «(Dəvətiniz
müqabilində)
sizə nə cavab verildi?» Deyəcəklər: «Bizim heç bir elmimiz yoxdur (Sənin elmin müqabilində bizim elmimiz heçdir; yaxud onların işlərinin batinini bilmirik və ya bizdən sonra etdiklərindən xəbərimiz yoxdur). Həqiqətən gizlinləri kamil surətdə bilən Sənsən»....
Ənam Suresi, 70. Ayet:
Öz dinlərini oyun-oyuncaq və əyləncə sayanları və dünya həyatının aldatdığı şəxsləri boşla. Bu Qur’an vasitəsilə öyüd ver ki, məbada (axirət günü) kimsə Allahdan başqa bir başçı, yardımçı və şəfaətçisi olmayan halda kəsb etdiyinin cəzası olaraq həlakətə təslim və (ilahi) rəhmətdən naümid olsun. O, (günahlarının
müqabilində)
hər nə fidyə və əvəz versə, ondan qəbul olunmaz. Onlardır kəsb etdiklərinin müqabilində həlakətə təslim və (ilahi) rəhmətdən naümid olanlar! Onlar üçün küfrlərinin (və nemətl...
Ənam Suresi, 93. Ayet:
Kim Allaha yalan nisbət verən kəsdən, yaxud ona heç bir vəhy edilmədiyi halda «mənə vəhy olunmuşdur» deyən şəxsdən və «mən də tezliklə Allahın nazil etdiyi kimi nazil edəcəyəm!» deyən kəsdən daha zalım ola bilər? Kaş zalımları ölüm burulğanında olduqları zaman görəydin ki, mələklər də əllərini (onlara tərəf) açıblar (və onların üstünə qışqırırlar) ki: «canlarınızı bədəndən özünüz çıxarın, (yaxud) canlarınızı bizim çəngimizdən qurtarın! (Bərzəx aləminə daxil olmaq günü olan) bu gün Allah barəsind...
Hud Suresi, 51. Ayet:
«Ey mənim qövmüm, sizdən (boynumda olan vəzifənin çatdırılması
müqabilində)
bir muzd istəmirəm, mənim mükafatım yalnız məni yaradanın öhdəsinədir, heç düşünmürsünüz?!»...
Yusif Suresi, 104. Ayet:
Halbuki, sən onlardan (bu kitabın təbliğ və çatdırılması
müqabilində)
heç bir mükafat istəmirsən. Bu (Qur’an), aləmdəkilər üçün öyüd-nəsihətdən başqa bir şey deyildir. (O, bəşər cəmiyyətinə beyinlərinin dəfinələrini, ruhlarının xüsusiyyətlərini və dünyalarının sirlərini xatırladır, bunları onların yadına salır. Odur ki, sən onlardan bir şey istəsəydin də onlar bunu layiqincə mükafatlandıra bilməzdilər.)...
Ənbiya Suresi, 108. Ayet:
De: «Həqiqətən mənə vəhy olunur ki, sizin məbudunuz tək olan Allahdır. Belə isə siz (bu sözün
müqabilində)
təslim olacaqsınızmı?»...
Möminun Suresi, 89. Ayet:
Onlar deyəcəklər: «(Bunların hamısı) Allaha məxsusdur.» De: «Belə isə (bu aydın həqiqətlər
müqabilində)
necə və haradan ovsunlanırsınız?!»...
Şüəra Suresi, 68. Ayet:
(Ya Peyğəmbər!) həqiqətən, sənin Rəbbin (tüğyan edənlərin
müqabilində)
qüdrətli və qalib, (itaətkarlara qarşı) mehribandır....
Şüəra Suresi, 104. Ayet:
Həqiqətən, sənin Rəbbin (tüğyan edənlərin
müqabilində)
qüdrətli və yenilməzdir, (itaətkarlara qarşı) mehribandır....
Şüəra Suresi, 140. Ayet:
Həqiqətən, sənin Rəbbin (tüğyan edənlərin
müqabilində)
qüdrətli və qalib, (itaətkarlara qarşı) mehribandır....
Ənkəbut Suresi, 41. Ayet:
Allahdan başqa (və Onun
müqabilində)
özlərinə hami və yardımçı qəbul edən kəslər (etimad etdikləri şeyin süstlüyü və mənfəətsizliyi baxımından) özünə yuva qurmuş hörümçəyə bənzərlər. Şübhəsiz, evlərin ən zəifi hörümçək yuvasıdır. Kaş biləydilər....
Rum Suresi, 60. Ayet:
(Ya Peyğəmbər! Onların hədələri və hiylələri
müqabilində)
sən səbr et. Şübhəsiz, Allahın vədi (ümmətin qələbəsi, kitabın yayılması və dininin bütün dünyaya şamil olması və əbədiliyi) haqdır və (Allahın vədlərinə) yəqinləri olmayanlar, səni yüngüllüyə (səbirsizliyə) və iztiraba vadar etməsinlər....
Fatir Suresi, 34. Ayet:
Və deyərlər: «(Dünyada) Qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun. Həqiqətən, bizim Rəbbimiz (pislikləri) bağışlayan və (yaxşılıqlar
müqabilində)
qədirbiləndir»....
Mömin Suresi, 56. Ayet:
Şübhəsiz, bir dəlil gəlmədən Allahın ayə və nişanələri barəsində mübahisə edən kəslərin sinələrində (vasitəsi ilə öz məqsədlərinə) çatmayacaqları (haqqı qəbul etmək
müqabilində)
təkəbbür (göstərmək)dən başqa bir şey yoxdur. Buna görə də Allaha pənah apar. Çünki Odur (hər şeyi) eşidən və bilən!...
Məhəmməd Suresi, 36. Ayet:
Bu dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Əgər iman gətirsəniz və təqvalı olsanız, O, sizin (dünya və axirət) mükafatlarınızı verəcəkdir və (bunun
müqabilində)
mallarınızı(n hamısını) da istəmir (sizin bəzinizdən xums və zəkat olaraq malınızın bir hisəssini – beşdə birini, onda birini, qırxda birini və bu kimi miqdarı istəyir)....
Qələm Suresi, 46. Ayet:
Məgər onlardan (öz risalətin
müqabilində)
bir muzdmu istəyirsən ki, onlar ağır bir borc yükü altında qalıblar?!...
Mürsəlat Suresi, 48. Ayet:
Onlara «(Allahın
müqabilində)
rüku edin, müti olun»–deyildiyi zaman rüku etməz, və müti olmazlar....
Tariq Suresi, 10. Ayet:
(O gün, İlahi əzabının
müqabilində)
onun nə bir gücü, nə də bir köməkçisi olar....
Tariq Suresi, 16. Ayet:
Və mən də (hiylələrinin
müqabilində)
bir tədbir tökərəm....
Möminun Suresi, 100. Ayet:
bəlkə hədər etdiyim (ömür
müqabilində)
xeyir əməllər tutam". Əsla! Onun bu sözləri boş sözdür, çünki dirildiləcəkləri günə qədər onlarin arxasında bir sədd vardır....