Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Bəqərə Suresi, 194. Ayet:
Haram ay haram ay müqabilindədir. Haram olanlara (qadağalara) riayət etmək qarşılıqlıdır. Kim sizə qarşı həddi aşarsa, siz də həmin ölçüdə ona qarşı həddi aşın! Allahdan qorxun və bilin ki, Allah müttəqilərlədir. (Bu ayədə Həzrət Peyğəmbərin (s.ə.s.) dövründə müsəlmanlarla Məkkə müşrikləri arasında imzalanan Hüdeybiyyə
müqaviləsi
nə və oradakı qarşılıqlı razılığa işarə edilmişdir.)...
Bəqərə Suresi, 237. Ayet:
Mehrlərini təyin etdiyiniz qadınları yaxınlıq etmədən boşasanız, onların (qadınların), yaxud nikah
müqaviləsi
əlində olan kişilərin bağışlaması istisna olmaqla, təyin etdiyiniz mehrin yarısı onlarındır. Bağışlamağınız (mehrdən imtina etməyiniz) isə təqvaya daha yaxındır. Bir-birinizə yaxşılıq etməyi unutmayın! Şübhəsiz ki, Allah nə etdiyinizi görür....
Bəqərə Suresi, 282. Ayet:
Ey iman gətirənlər! Müəyyən müddətə qədər borc alıb-verdiyiniz zaman onu yazın! Aranızda bir katib (onu) ədalətli bir şəkildə yazsın! Katib, Allahın öyrətdiyi kimi yazmaqdan boyun qaçırmasın və yazsın! Borclu olan şəxs də söyləyərək yazdırsın və Rəbbi olan Allahdan qorxaraq ondan bir şey əskiltməsin (borcunu əskik yazdırmasın)! Əgər borclu şəxs ağılsız və ya zəifdirsə, yaxud yazdırmağa qadir deyilsə, o zaman onun vəkili ədalətli bir şəkildə (onun borcunu) yazdırsın! Öz adamlarınızdan iki kişini ...
Nisa Suresi, 91. Ayet:
Həm sizdən, həm də öz camaatından arxayın olmaq istəyən başqalarını görəcəksiniz. Onlar nə vaxt fitnə-fəsad törətməyə sövq edilsələr, başıaşağı ora atılarlar. Əgər sizi tərk edib getməz, sizə sülh təklif etməz və (sizdən) əllərini çəkməzlərsə, onda onlara harada rast gəlsəniz, tutub öldürün! Onlara qarşı sizə açıq bir səlahiyyət verdik. (Yuxarıdakı ayələrdə sözü gedən kafirlər Mədinə xaricindəki münafiqlərdir. Onlardan bəziləri hicrət etməyib Məkkədə qalmış və müşriklərlə əlbir olmuşdular. Bir h...
Ənfal Suresi, 57. Ayet:
Əgər müharibədə onları tutsan, onlarla (onlara verəcəyin cəza ilə) arxalarındakı kimsələri də dağıt ki, bəlkə onlar ibrət alalar! (Yuxarıdakı ayələrdə sözügedən kimsələr, yəhudi qəbilələrindən biri olan Qüreyzə oğullarıdır. Onlar Həzrət Peyğəmbərlə sülh
müqaviləsi
bağladıqları halda müşriklərə silah yardımı etmişdilər. Sonra unutduqlarını söyləyərək üzrxahlıq etdilər. Təkrar sülh
müqaviləsi
bağlandıqdan sonra yenə müşriklərlə əlbir oldular.)...
Ənfal Suresi, 72. Ayet:
Şübhəsiz ki, iman gətirib hicrət edənlər, Allah yolunda malları və canları ilə cihad edənlər və (mühacirlərə) sığınacaq verib yardım edənlər bir-birinin dostudurlar. İman gətirdikləri halda hicrət etməyənlərə gəldikdə, onlar hicrət edənə qədər sizə onların mirasından heç bir pay yoxdur. Əgər onlar din mövzusunda sizdən yardım istəsələr, sizinlə
müqaviləsi
olan bir tayfa əleyhinə olmaması şərtilə onlara yardım etmək sizin borcunuzdur. Allah sizin etdiklərinizi görür....
Fəth Suresi, 10. Ayet:
Sənə beyət edənlər, şübhəsiz ki, Allaha beyət etmiş sayılırlar. Allahın əli onların əllərinin üstündədir. Kim əhdini pozarsa, yalnız öz əleyhinə pozmuş olar. Kim Allahla etdiyi əhdə sadiq qalarsa, Allah ona böyük bir mükafat verəcəkdir. (Bu ayə Məkkə yaxınlığında qüreyşlilərlə müsəlmanlar arasında bağlanmış Hüdeybiyyə sülh
müqaviləsi
nə və bu əsnada edilən beyətə işarə edir. Beyət əsnasında əllər üst-üstə qoyulduğu üçün Allah-Təala: “Allahın əli onların əllərinin üstündədir”, - buyuraraq müsəlman...
Fəth Suresi, 20. Ayet:
Allah sizə əldə edəcəyiniz bir çox qənimətlər vəd etmişdir. Bunu (Hüdeybiyyə
müqaviləsi
ni) sizə tezliklə verdi və insanların əllərini sizdən çəkdi ki, bu, möminlər üçün (zəfərə) işarə olsun və sizi doğru yola yönəltsin....
Mümtahinə Suresi, 10. Ayet:
Ey iman gətirənlər! Mömin qadınlar hicrət edərək sizin tərəfinizə keçdiklərində dərhal onları sınağa çəkin! Allah onların imanlarını daha yaxşı bilir. Əgər onların həqiqətən, mömin olduqlarını yəqinliklə bilsəniz, onları kafirlərə geri verməyin! Nə bunlar onlara (kafirlərə) halaldır, nə də onlar (kafirlər) bunlara halaldır. Onların (kafirlərin) xərclədiklərini (verdikləri mehrləri) özlərinə qaytarın! Mehrlərini verdiyiniz zaman onlarla evlənməyinizdə sizə heç bir günah yoxdur. Kafir qadınları ni...
Bəqərə Suresi, 235. Ayet:
Gözləmə müddətini tamamlamamış qadınların evlənmək arzunuzu həyata keçirmələrinin və ya içinizdə onlara bildirməyin heç bir zərəri yoxdur. Allah sizin onlara qarşı hisslərinizi bilir. Amma onlara qeyri-qanuni bir xahiş etməyin. Kitabda göstərilən gözləmə müddəti bitməmiş onlarla nikah
müqaviləsi
bağlamağa çalışmayın. Bilin ki, Allah sizin nə düşündüyünüzü bilir, Ona asi olmaqdan çəkinin. Bilin ki, Allah Bağışlayandır, Çox Səbirlidir....
Bəqərə Suresi, 237. Ayet:
Əgər sizə vacib buyurmuş qadınları boşasanız, lakin onlara toxunmamısınızsa, onlara vacib olanın yarısı verilir. Lakin o və ya nikah
müqaviləsi
bağlayan şəxs bundan imtina etmədikdə. Lakin mehrinin tam ödənilməsi təqva üçün daha münasibdir. Bir-birinizə yaxşılıq etməyi unutmayın. Şübhəsiz ki, Allah etdiyiniz hər şeyi görür....
Bəqərə Suresi, 237. Ayet:
Kəbin haqlarını təyin etmiş olduğunuz qadınları yaxınlıq etmədən əvvəl boşayarsınızsa, təyin olunmuş kəbin haqqının yarısını onlara verməlisiniz! Bununla belə, onlar (qadınlar) bunu (ərlərinə), yaxud əlində nikah
müqaviləsi
olanlar (ərlər) kəbin haqqının hamısını qadınlara bağışlaya bilərlər. (Ey kişilər!) Sizin bağışlamağınız (güzəştə getməyiniz) müttəqiliyə daha yaxındır. Bir-birinizə yaxşılıq etməyi unutmayın! Şübhəsiz ki, Allah sizin etdiklərinizi görəndir....
Bəqərə Suresi, 237. Ayet:
Qadınlar üçün mehr təyin etdikdən sonra, yaxınlıq etməzdən əvvəl onları boşasanız, təyin etdiyinizin yarısını (onlara) verməlisiniz. Qadınların (bunu) (ərlərinə) bağışlaması və ya əlində nikah
müqaviləsi
olanın bunu (qadına) bağışlaması isə istisnadır. Sizin bağışlamağınız təqvaya daha yaxındır. Bir-birinizə güzəşt etməyi unutmayın. Allah sizin nə etdiklərinizi görür....
Bəqərə Suresi, 190. Ayet:
Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun və həddi aşmayın (döyüş zamanı şəriət və ağılın müharibə barəsindəki çərçivə və qanunlarından kənara çıxmayın, qanuni dəlil olmadan hücum etməyin, sülh
müqaviləsi
bağladığınız kəslərlə müharibə etməyin, zərərsiz zəifləri öldürməyin, ölülərin bədən üzvlərini kəsməyin və malları səbəbsiz tələf etməyin). Allah həddi aşanları sevmir....
Fəth Suresi, 26. Ayet:
(Yada sal) o zaman(ı) ki, kafirlər öz qəlblərində cahiliyyət qəzəb və təəssübü yerləşdirdilər (və Hüdeybiyyədə Peyğəmbərin və onun səhabələrinin Məkkəyə daxil olmalarının qarşısının alınması
müqaviləsi
ni imzaladılar). Onda Allah Öz Peyğəmbərinə və möminlərə xatircəmlik və qəlb rahatlığı nazil etdi və təqva (tovhid, səbat və təslim) kəlməsini onlara qoşdu. Və onlar ona və onun əhlinə daha layiq idilər. Allah həmişə hər şeyi biləndir....
Nisa Suresi, 90. Ayet:
Yalnız o kəslərdən başqa ki, onlar sizinlə özləri arasında
müqaviləsi
olan bir xalqa sığınırlar və ya sizinlə, yaxud öz camaatı ilə vuruşacaqlarından ürəkləri sıxıldığı üçün sizin yanınıza gəlirlər. Allah istəsəydi, onları da sizə qarşı qaldırar və onlar sizinlə vuruşardılar. Əgər onlar sizdən əl çəksələr sizinlə vuruşmasalar və sizə barışıq təklif etsələr, onda Allah sizin də onlara qarşı durmanıza yol verməz....