Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Bəqərə Suresi, 144. Ayet:
(Ey Peyğəmbər!) Üzünün göyə tərəf çevrildiyini görürük. Ona görə də səni mütləq razı qalacağın qibləyə döndərəcəyik. Üzünü Məscidi-harama (Kəbəyə) tərəf çevir! (Ey
müsəlmanlar!)
Siz də harada olsanız, üzünüzü ona tərəf çevirin! Şübhəsiz, kitab verilənlər onun (Quranın) özlərinin Rəbbi tərəfindən gələn həqiqət olduğunu yaxşı bilirlər. Allah onların etdiklərindən xəbərsiz deyildir....
Bəqərə Suresi, 143. Ayet:
(Ey
müsəlmanlar!)
Beləliklə də, sizi (ədalətli və seçilmiş) bir ümmət etdik ki, insanların əməllərinə (qiyamətdə) şahid olasınız, Peyğəmbər də (Muhəmməd əleyhisəllam da) sizə şahid olsun. (Ya Rəsulum!) İndi yönəldiyin qibləni (Kəbəni) yalnız Peyğəmbərə tabe olanlarla ondan üz çevirənləri bir-birindən ayırd etmək üçün (qiblə) təyin etdik. Bu, (qibləni Beytülmüqəddəsdən Kəbəyə tərəf çevirmək) ağır görünsə də, ancaq Allahın doğru yola yönəltdiyi şəxslər üçün ağır deyildir. Allah sizin imanınızı (bu...
Bəqərə Suresi, 144. Ayet:
(Ya Rəsulum!) Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük, ona görə də səni razı olduğun qibləyə tərəf döndərəcəyik. İndi üzünü Məscidülhərama tərəf çevir! (Ey
müsəlmanlar!)
Harada olsanız (namaz vaxtı) üzünüzü oraya döndərin! Kitab verilmişlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu yaxşı bilirlər. Allah onların əməllərindən xəbərsiz deyildir....
Bəqərə Suresi, 148. Ayet:
Hər kəsin (hər ümmətin) üz tutduğu bir qibləsi vardır. (Ey
müsəlmanlar!)
Yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın! Harada olursunuzsa olun, Allah sizi (qiyamətdə) bir yerə toplayacaqdır. Həqiqətən, Allah hər şeyə qadirdir!...
Bəqərə Suresi, 150. Ayet:
(Ya Rəsulum!) Haradan (səfərə) çıxsan, (namaz vaxtı) üzünü Məscidülhərama tərəf çevir! (Ey
müsəlmanlar!)
Harada olsanız, üzünüzü o tərəfə döndərin ki, (özlərinə) zülm edənlərdən başqaları sizə irad tutmasınlar. Siz onlardan deyil, Məndən qorxun; Mən də sizə olan nemətimi tamamlayım (artırım) ki, siz haqq yolu tapasınız....
Ali-İmran Suresi, 78. Ayet:
(Ey
müsəlmanlar!)
Onlardan (kitab əhlindən) bir zümrə də vardır ki, siz onların oxuduqlarını (Tövratdan) hesab edəsiniz deyə, kitab oxuyan zaman dillərini (qəsdən) o tərəf-bu tərəfə əyirlər (bükürlər). Halbuki onların bu oxuduqları kitabdan (Tövratdan) deyildir. Onlar isə: “Bunlar Allah tərəfindəndir”, -dedilər. Bunlar isə heç də Allah tərəfindən deyildir. Söylədikləri Allah dərgahından olmadığı halda, “Bu, Allah dərgahındandır”, - deyirlər. Onlar bilə-bilə Allaha qarşı yalan söyləyirlər....
Ali-İmran Suresi, 104. Ayet:
(Ey
müsəlmanlar!)
İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar (bu camaat), həqiqətən nicat tapmış şəxslərdir....
Ali-İmran Suresi, 110. Ayet:
(Ey
müsəlmanlar!)
Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz (onlara) yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız. Əgər kitab əhli də (sizin kimi) iman gətirsəydi, əlbəttə, onlar üçün yaxşı olardı. Onların da içərisində bəzi iman gətirən şəxslər vardır, lakin çox hissəsi haqq yoldan çıxanlardır....
Ali-İmran Suresi, 137. Ayet:
(Ey
Müsəlmanlar!)
Sizdən əvvəl bir çox vaqilər (ibrətli əhvalatlar) olub keçmişdir. İndi yer üzünü dolaşıb haqqı təkzib edənlərin aqibətinin necə olduğunu görün!...
Nisa Suresi, 75. Ayet:
(Ey
müsəlmanlar!)
Sizə nə olub ki, Allah yolunda (hicrət etməyib, yaxud əsir kimi Məkkədə qalıb): “Ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən (Məkkədən) kənara çıxart, bizə öz tərəfindən mühafizəçi göndər, yardımçı yolla!” – deyə dua edən aciz kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?...
Nisa Suresi, 104. Ayet:
(Kafir) qövmü təqib etməkdə (ey
müsəlmanlar!)
zəiflik göstərməyin! Əgər siz (yaralarınızdan və səfərin çətinliklərindən) əziyyət çəkirsinizsə, onlar da sizin kimi əziyyət çəkirlər. Halbuki siz onların ummadıqlarını Allahdan umursunuz. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!...
Nisa Suresi, 131. Ayet:
Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. (Ey
müsəlmanlar!)
Biz sizdən əvvəl kitab verilənlərə də, sizə də Allahdan qorxmanızı tövsiyə etdik. Əgər Allahı inkar etsəniz belə, (yenə də) göylərdə və yerdə nə varsa, (hamısı) Allahındır. Allah ehtiyacsızdır, (öz-özlüyündə) şükür olunmağa, (tərif olunmağa) layiqdir....
Nisa Suresi, 141. Ayet:
(Ey
müsəlmanlar!)
Sizə göz qoyan (münafiqlər) Allah tərəfindən sizə bir qələbə üz verdikdə: “Məgər biz də sizinlə deyildikmi? “ deyər, kafirlərə (zəfər) nəsib olduqda isə: “Məgər (möminlərlə birlikdə sizə qarşı vuruşsaydıq) biz sizə qalib gələ bilməzdikmi? Məgər biz möminlərə (onların sizə qarşı təcavüzünə cürbəcür vasitələrlə) mane olmadıqmı? “ – söyləyərlər. Qiyamət günü Allah Özü sizin aranızda hökm verəcəkdir. Allah heç vaxt kafirlərə möminlərin əleyhinə olan bir yol göstərməz!...
Ənam Suresi, 109. Ayet:
(Məkkə müşrikləri) Allaha ürəkdən and içdilər ki, əgər onlara bir ayə gəlsə, ona mütləq inanacaqlar. (Onlara) de: “Ayələr ancaq Allahın yanındadır. (Ey müşriklərin imana gəlməsini istəyən
müsəlmanlar!)
Siz nədən bilirsiniz ki, onlara (istədikləri) ayə (möcüzə) gəldikdə yenə də iman gətirməyəcəklər!”...
Bəqərə Suresi, 144. Ayet:
(Ey Muhamməd!) Biz sənin üzünü göyə çevirdiyini (vəhy gözlədiyini) görürük.(Narahat olma,) əlbəttə ki, səni razı qalacağın bir qibləyə tərəf döndərəcəyik. (Bundan sonra) üzünü Məscidi-Harama tərəf çevir. (Ey
müsəlmanlar!)
Siz də harada olursunuz olun, (namazda) üzünüzü hər zaman ona tərəf çevirin. Şübhəsiz ki, kitab verilənlər bunun Rəblərindən (gələn) bir həqiqət olduğunu bilirlər. Allah onların etdiklərindən xəbərsiz deyil....