Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Bəqərə Suresi, 234. Ayet:
Sizdən ölən kimsələrin qoyub getdiyi qadınlar dörd ay on gün gözləməlidirlər. Gözləmə müddətləri tamamlandığı zaman öz barələrində etdikləri
məşru
işlərdə sizə günah yoxdur. Allah etdiklərinizdən xəbərdardır....
Bəqərə Suresi, 235. Ayet:
(Bu müddəti gözləyən) qadınlara elçi göndərmək istədiyinizi işarə ilə bildirməyiniz və ya (bu istəyi) ürəyinizdə gizlətməyiniz sizə günah deyil. Allah bilir ki, siz onları xatırlayacaqsınız. Lakin onlara
məşru
bir söz demək istisna olmaqla, onlarla gizlində vədələşməyin! Fərz olan gözləmə vaxtları bitənə qədər (onlarla) nikahlanmaq fikrində olmayın! Bilin ki, Allah sizin qəlbinizdə olanı bilir. Elə isə, Ondan çəkinin və bilin ki, Allah bağışlayandır, həlimdir....
Bəqərə Suresi, 240. Ayet:
Sizlərdən vəfat edib (arxalarında) arvadlarını qoyub gedənlər öz zövcələri üçün vəsiyyət etməlidirlər ki, (evlərindən) çıxarılmamaq şərtilə bir il müddətində baxılsınlar (qoyub getdikləri mallarından faydalansınlar). Əgər (öz istəkləri ilə) çıxıb gedərlərsə, öz barələrində etdikləri
məşru
işlər üçün sizə günah olmaz. Allah qüdrətlidir, hikmət sahibidir....
Ənam Suresi, 151. Ayet:
(Ey Muhamməd!) De ki: “Gəlin, Rəbbinizin sizə haram buyurduğu şeyləri oxuyum; Ona heç bir şeyi şərik qoşmayın. Valideynlərlə xoş rəftar edin. Kasıblıq qorxusu ilə övladlarınızı öldürməyin. Sizə də, onlara da biz ruzi veririk. (Zina və bu kimi) çirkinliklərə, bunların açığına da, gizlisinə də yaxınlaşmayın.
Məşru
bir haqq qarşılığı olmadıqca Allahın haram (toxunulmaz) buyurduğu canı öldürməyin. Allah sizə bunu əmr etdi ki, düşünəsiniz”....
Ənkəbut Suresi, 29. Ayet:
“Siz hələ də kişilərə yaxınlaşır, (cinsi ehtiyacı qarşılamaq üçün
məşru
) yolu bağlayır və məclislərinizdə ədəbsizlik edirsiniz?” Qövmünün cavabı isə ancaq “Əgər doğru söyləyənlərdənsənsə, bizə Allahın əzabını gətir!” deməkdən ibarət oldu....